Aygün Yaşar Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Aygün Yaşar yaradıcılığından: * * * Sən gələndə duyuram: Gəlmək ilahi işdir, Hər adam gələ bilmir. Arzulanıb gecikən Vədəsiz ölüm kimi. (Hər adam ölə bilmir) Sən gələndə duyuram: İyulun axırında Qəfil yağan yağışa Niyə belə sevinir Şəhərin uşaqları, Niyə belə dirçəlir Kəndin kor bulaqları; Bir udum suya həsrət təşnəli torpaqları Sən gələndə duyuram. Bax o kor bulaq kimi, Bax o şəhər kimi, Cadarlı

Faiq Balabəyli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərməğanı Faiq Balabəyli yaradıcılığından: * * * Bu meşədə ağacların budaqları saxlamayır xəzan olan yarpaqları. Ağrım-acım ürəyımə toxum səpir, dərd boy atır, dərd cücərir - yaşıl, sarı. Tutma mənim əllərimi, qoy əlinə toxunmasın əllərimin günahları. Gün göstərər, işıq saçar, aşkar edər, - gün gizləməz işlədiyim günahları. O qədərdir işim-gücüm, barmaqlarım daraq olub, vaxt eləyib baş qaşımaz. Ürəyimdən

Sevinc Məmmədova Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərməğanı Sevinc Məmmədova yaradıcılığından: SÜKUTUN SƏSİ Rəva görmədiyin baharın qışı, Keçib getmədiyin yolun, izinəm. Bəxtinə zamansız yazılan yazı, Susub danışmayan dilin, sözünəm... Ürəyin qübarı nə yaman olur, Nə yaman göynəyir hər axşam, səhər, Susub qızıl olmaq bir şey deyilmiş Susub yelə verdik bir ömrü hədər. Dünyanı günahkar tutdum bu səsə - Duman da günahkar, çən də günahkar, Ay canım,

Vüqar Şirinoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Vüqar Şirinoğlu yaradıcılığından: YAĞIŞ YAĞIRDI Bir yağış yağırdı, bahar yağışı, Çılpaq budaqlardan yerə süzürdü. Yarpaqsız ağacın çubuqlarında, Soyuq damcıları muncuq düzürdü. Bir yağış yağırdı, sakit, səssizcə, Gecənin bir həzin nəğməsiydimi?! Torpağın köksünü döyən damcılar, Bahar nəfəsinin müjdəsiydimi?! Bir yağış yağırdı, anam torpağa, Yatmış təbiəti oyatmaq üçün. Yağırdı göylərdən yerə

Xatirə Rəhimbəyli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xatirə Rəhimbəyli yaradıcılığından: *** Ürəyim sızlayır səsindən ötrü, sözünün acısı eynimə gəlməz. Səsin də dünyanın keyfinə gedir - bircə yol hərlənib bu qəmə gəlməz. Hər sabah çarmıxa çəkilər ahım, “Ən-əl-sən” demişəm, bumu günahım?! Adına bir ölkə qurmuşam, şahım! Bəs nədən... insafın ölkəmə gəlməz?! Yıxıb inancları, danıb dinləri, sevginin canına saldın cinləri. Ruhumun o xilas

Mirzəcan Ağabalayev Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Mirzəcan Ağabalayev yaradıcılığından: *** Darıxsan, qorxma, Bir az çevir üzünü, Bir az süzdür gözünü. Məzələn dərdlə, əylən, kef çək həsrətlə. Məsələn, de ki, gedirəm sevgilərə... Boylanıb uzaqlara ah çəkmə amma. Darıxsan, Dərdi çətir kimi tut başın üstə, Payız gülüşündən özünü qoru. Dərddən darmacalda sığıncaq istə, Qəfil bir görüşdən özünü qoru. Unutma,bir vaxt güzgü tutduğumuz yollara,

Adilə Nəzər Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Adilə Nəzər yaradıcılığından: İLAHİ, VARLIYAM SƏNDƏN İlahi, qəbul et, varlıyam səndən, Baxma ki, dilimdə min bir ahım var. Sənin mənim kimi günahkar bəndən, Mənim sənin kimi bir Allahım var. Bu yanğın yerinə can dayanarmı, Odu kül olmuşlar bir də yanarmı, Sorsalar gümanın, ümidin varmı, Deyərəm uca bir qibləgahım var. Yox olar canımdan ağrılar, cəmi, Unudar ürəyim kədəri- qəmi, Yaralı könlümün

Rəfail Tağızadə Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Rəfail Tağızadə yaradıcılığından: HƏSRƏT Məni payız seçdi fəsil içində. Günümü xəzanlar hey tumarlayır. Sənin əllərini göylər saxlayar, Mənim əllərimi yer qamarlayır. Sənsizlik hər gecə üşüdür məni. Donur öpüşlərin izi üzümdə. Baxışım gözündə ağlayır sənin. Bir ağac göyərir köhnə izimdə. Bir sazaq içimdən titrədir məni, Bahar istəyimi qəfil don vurur. Havası sorulmuş bu boş qəfəsdə Həsrətin özünə

Firuzə Məmmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Firuzə Məmmədli yaradıcılığından: ÖZÜM OLA BİLMİRƏM Yenə qəlbim mənə düşmən kəsilib, Mən özümlə bacarmıram, İlahi! Dilim sözdən, əlim işdən kəsilib, Tərs üzümlə bacarmıram, İlahi! Təbil döyür elə könül qapımda Gah sevinən, gah ağlayan duyğular. Adam olur, itə dönür qapımda Məni mənsiz varaqlayan duyğular. Qanmı düşüb, yaram keçib əlinə, Söküb-tökür içərimdə nə varsa. Çıxdaş olub haram keçib

Xəqani Həbiboğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Xəqani Həbiboğlu yaradıcılığından: BU GECƏ Əzablar içində çırpınan ürək, Qədəhi çırpılan meyəm bu gecə! Göyü uçub getmiş torpaq kimiyəm, Torpağın itirmiş göyəm bu gecə! Yollar mənə gəlmir, yollar-yalançı! Sevgi yiyəsiz qız, dünýa halvaçı! Sevincim çöllərdə qərib dilənçi, Kədəri fatehəm, bəyəm bu gecə! Basılmış şəhərəm - qırğınlar, talan... Keşikçisi satqın, qalası filan! Qılınclar oxşayan,
Yazı axını