Reklam
"Yuxular toxudum bu sükut səsdə..." - Sevinc Məmmədova
12-04-2025 11:15

Sevinc Məmmədova
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərməğanı Sevinc Məmmədova yaradıcılığından:
SÜKUTUN SƏSİ
Rəva görmədiyin baharın qışı,
Keçib getmədiyin yolun, izinəm.
Bəxtinə zamansız yazılan yazı,
Susub danışmayan dilin, sözünəm...
Ürəyin qübarı nə yaman olur,
Nə yaman göynəyir hər axşam, səhər,
Susub qızıl olmaq bir şey deyilmiş
Susub yelə verdik bir ömrü hədər.
Dünyanı günahkar tutdum bu səsə -
Duman da günahkar, çən də günahkar,
Ay canım, olmazdı bu qədər susmaq
Bu eşqi yaşadım mən də günahkar…
Sənin sükutuna bələndi ömrüm,
Kökləndi nəğmələr bu sükut üstə.
Nağıllar uydurdum, şeirlər yazdım,
Yuxular toxudum bu sükut səsdə.
Dünyanın ən böyük sevgisi olar,
Bir ömrün bitməyən nəğməsi, sözü!
Mənə yaşanmamış ömür borcludur
Səni yaşatdığım sükutun səsi...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-04-2025 11:15
Baxış sayı: 3454Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























