Reklam
"Yurdum, evim-eşiyim, gəl ki, sənə yığışım..." - Aygün Yaşar
14-04-2025 12:23

Aygün Yaşar
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Aygün Yaşar yaradıcılığından:
* * *
Sən gələndə duyuram:
Gəlmək ilahi işdir,
Hər adam gələ bilmir.
Arzulanıb gecikən
Vədəsiz ölüm kimi.
(Hər adam ölə bilmir)
Sən gələndə duyuram:
İyulun axırında
Qəfil yağan yağışa
Niyə belə sevinir
Şəhərin uşaqları,
Niyə belə dirçəlir
Kəndin kor bulaqları;
Bir udum suya həsrət
təşnəli torpaqları
Sən gələndə duyuram.
Bax o kor bulaq kimi,
Bax o şəhər kimi,
Cadarlı torpaq kimi
Susamışdım, yağışım!
Ürəyimə damanım.
Yurdum, evim-eşiyim
Gəl ki, sənə yığışım
De, nə vaxt gələcəksən?
Hansı il, hansı sənə?
Gəlsənə...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 14-04-2025 12:23
Baxış sayı: 3304Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























