Reklam
"Bir yağış yağırdı kimsəsiz kəndə..." - Vüqar Şirinoğlu
11-04-2025 19:08

Vüqar Şirinoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Vüqar Şirinoğlu yaradıcılığından:
YAĞIŞ YAĞIRDI
Bir yağış yağırdı, bahar yağışı,
Çılpaq budaqlardan yerə süzürdü.
Yarpaqsız ağacın çubuqlarında,
Soyuq damcıları muncuq düzürdü.
Bir yağış yağırdı, sakit, səssizcə,
Gecənin bir həzin nəğməsiydimi?!
Torpağın köksünü döyən damcılar,
Bahar nəfəsinin müjdəsiydimi?!
Bir yağış yağırdı, anam torpağa,
Yatmış təbiəti oyatmaq üçün.
Yağırdı göylərdən yerə bərəkət,
Kiçik fidanlara boy atmaq üçün.
Bir yağış yağırdı, ata yurduma,
Kövrəlmiş buludlar gözün sıxırdı.
Dağılmış evlərə yağan yağışdan
Cücərib, göylərə arzu çıxırdı.
Bir yağış yağırdı kimsəsiz kəndə,
Çöldə islatmağa adam da yoxdur.
Bu həzin yağışdan daldalanmağa
-girib gizlənməyə bir dam da yoxdur.
Bir yağış yağırdı, mənim üstümə,
Lal-dinməz dayanıb göyə baxırdım.
Susub bu dünyanın haqsızlığına,
Mən də damla- damla suya axırdım.!
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 11-04-2025 19:08
Baxış sayı: 2726Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























