Reklam
"Mən ovcumda öləcəkdim, sən gəldin..." - Aysel Xanlarqızı
16-04-2025 10:25

Aysel Xanlarqızı
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Xanlarqızı yaradıcılığından:
SƏN GƏLDİN
Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini,
Köz eləyib əllərimə dağ basdım.
Mən ovcumda öləcəkdim,
sən gəldin...
Bir uçqunda dağıntılar altından,
Ölməmişdim, yaralanıb çıxmışdım.
Bir gecədə əllərinin tumarı,
Boya kimi saçlarımdan axmışdı...
Mən saçımdan öləcəkdim,
sən gəldin...
Gözlərimdə qayıq oldu həsrətin,
Boğulanda tutub çıxdım naəlac.
Bu dünyanın hər nəyinə tox ruhum,
Təkcə sənin saf eşqinə acdı, ac,
Mən acından öləcəkdim,
sən gəldin...
Ürəyimə gün doğmadı bir dəfə,
Ömür keçdi gecə kimi qoynumda...
Unutmağa güc yığırdım içimdə,
Soyunurdum bu sevgini əynimdən.
Mən gücümdən öləcəkdim,
sən gəldin...
Son şeirimi son nəfəs tək, yazmamış,
Söz içində öləcəkdim,
sən gəldin...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-04-2025 10:25
Baxış sayı: 3402Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























