Reklam
"Darıxma, həsrətin kür balası.." - Mirzəcan Ağabalayev
09-04-2025 10:09
Mirzəcan AğabalayevSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Mirzəcan Ağabalayev yaradıcılığından:
***
Darıxsan, qorxma,
Bir az çevir üzünü,
Bir az süzdür gözünü.
Məzələn dərdlə,
əylən, kef çək həsrətlə.
Məsələn, de ki, gedirəm sevgilərə...
Boylanıb uzaqlara ah çəkmə amma.
Darıxsan,
Dərdi çətir kimi tut başın üstə,
Payız gülüşündən özünü qoru.
Dərddən darmacalda sığıncaq istə,
Qəfil bir görüşdən özünü qoru.
Unutma,bir vaxt
güzgü tutduğumuz yollara,
dalana, tinə,
Həsrətdən hörülmüş dərdbənd qoyulub,
Şeirlər yazılıb, sözlər qoşulub.
(Unutma, şeir də sevgi kimidi,
cilası solmayan güzgü kimidi.)
Unutma, indi də bu küçələrdən,
Yollardan güzgülü sevgilər keçir.
Müzey əşyası kimi,
Sevgi sovxası kimi,
Baxıb həsrətdən hörülmüş sevgi şeirlərinə,
Təbəssümlə süzürlər bir-birini.
Darıxma, həsrətin kür balası,
Darıxsan, qorxma, zəng elə,
Çağır savaşa- cəng eylə.
Bilirsən, bir qərinədir burdayam,
Mən-dərdin hürr balası.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-04-2025 10:09
Baxış sayı: 3272Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























