Reklam
"Mənə tərəf dərd-qəm gəlir, addım-addım..." - Faiq Balabəyli
13-04-2025 12:33

Faiq Balabəyli
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərməğanı Faiq Balabəyli yaradıcılığından:
* * *
Bu meşədə ağacların budaqları
saxlamayır xəzan olan yarpaqları.
Ağrım-acım ürəyımə toxum səpir,
dərd boy atır, dərd cücərir - yaşıl, sarı.
Tutma mənim əllərimi, qoy əlinə
toxunmasın əllərimin günahları.
Gün göstərər, işıq saçar, aşkar edər, -
gün gizləməz işlədiyim günahları.
O qədərdir işim-gücüm, barmaqlarım
daraq olub, vaxt eləyib baş qaşımaz.
Ürəyimdən o qədər ki, daş asılıb
sel çaylarla heç bu qədər daş, daşımaz.
Gözlərini nə qıyırsan,
nə baxırsan maddım-maddım,
tanış gəlməz sənə mənim içim-çölüm.
Mənə tərəf dərd-qəm gəlir, addım-addım,
yox oluram parça parça,
azalıram bölüm-bölüm.
Bu meşədən gül dərməyə, su içməyə
Yaz gələcəm - qış quş olub uçan zaman
Yaşıl-yaşıl yarpaqlara, tər ləçəyə
şeh damlası kəpənəktək qonan zaman.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-04-2025 12:33
Baxış sayı: 3304Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























