Reklam
"Adına bir ölkə qurmuşam, şahım!" - Xatirə Rəhimbəyli
10-04-2025 17:15
Xatirə RəhimbəyliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xatirə Rəhimbəyli yaradıcılığından:
***
Ürəyim sızlayır səsindən ötrü,
sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın keyfinə gedir -
bircə yol hərlənib bu qəmə gəlməz.
Hər sabah çarmıxa çəkilər ahım,
“Ən-əl-sən” demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım!
Bəs nədən...
insafın ölkəmə gəlməz?!
Yıxıb inancları, danıb dinləri,
sevginin canına saldın cinləri.
Ruhumun o xilas göyərçinləri
nə çağrışa baxmaz, nə dənə gəlməz.
Adına doğulub sevgim,
hər nəsə...
Ürək sına-sına, qəlb əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
bu can bu cahana...
eh, yenə gəlməz.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-04-2025 17:15
Baxış sayı: 3243Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























