AYB Mingəçevir bölməsinin "Palitra" ədəbi məclisi keçirildi -FOTOLAR

Mingəçevirdə AYB Mingəçevir bölməsinin "Palitra" ədəbi məclisi keçirildi.
Dalidag.az xəbər verir ki, ənənəyə uyğun olaraq iyul ayının son bazar günü - 26 iyul 2026-cı il tarixində AYB Mingəçevir bölməsinin "Palitra" ədəbi məclisinin növbəti görüşü keçirildi.
Məclisi giriş sözü ilə açan bölmə sədri, şair Elşən Əzim öncə bölmənin yaradıcısı və 27 il sədri olmuş mərhum şair-publisist İsmayıl İmanzadənin "Söz odası" jurnalında çap olunmuş şeirlərindən birini oxudu. Elşən Əzim qeyd etdi ki, bütün məclislərimizdə İsmayıl İmanzadənin bir şeirini oxumağı ənənəyə çevirsək, ustada sayğı və ehtiramımızı ifadə etmiş olarıq.
Sonra qarşıda duran məsələlərin, gələcək planların və nəzərdə tutulan tədbirlərin təşkil olunması istiqamətində müzakirələr aparıldı.
Çıxış edənlər — MDU-nun müəllimi Mehman Rəsulov, gənc şair Nicat Hunalp, şəhər ziyalısı Rizvan Mikayılov, şair Əhməd Əfsun, modernist şair-dramaturq Elçin Məhərrəm, satirik şair Eldəniz Cəfəroğlu, məclisə ilk dəfə Bərdə şəhərindən gələrək qatılan Şakir Musaoğlu, şair Sərdar Xankişiyev və başqaları yeni yazılarını — şeir və hekayələrini oxudular.
Təqdim olunan mətnlər peşəkar şəkildə təhlil olundu, müəlliflərə irad və təkliflər bildirildi.
Dalidag.az










Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-07-2026 20:16
Baxış sayı: 447


























