"Əl uzatsan dəyər göyə əllərin..." - Firəngiz Sabirqızı

25-06-2026 12:38
                Firəngiz Sabirqızı

Dalidag.az Sevinc Qəribin təqdimatında Firəngiz Sabirqızının şeirlərini təqdim edir:

***
Yazmadıqım şeir kimisən,
Ürəyimin dərinliyində...
Gözümə batan kirpik kimi,
Qanadırsan baxışlarimı.

Avqustda payız yaĝışı yaĝamır,
islanmır yolların tozu...
Bir çətir altına sıxıla bilmirik,
Özümüzdən yıxıla bilmirik...

Sũrüşmũr əllərim saçlarında,
Şeirlerim baş daşlarım...
Yayda aĝlamaq olmur,
ilıq olur göz yaşlarım...

Yazmadıqım şeir kimisən,
Misraları codlaşmış...
Hecaları iten öpüşlər kimi,
Dodaqlarimda yadlaşmış...

Gecələr uzun kəndir asılır,
Ulduzlardan bəbəklərim rəngdə...
Sən yazmadıqım şeir kimisən,
Hər gece üşüdüyüm kənddə.

***
Əl uzatsan dəyər göyə əllərin,
Sığal çəkər barmağların aya da.
Ovuc- Ovuc toparlayıb zər kimi,
Ulduzları asar dən- dən havada.

Saçlarını külək sığalldıqca,
Gözlərini qapayarsan gecəyə.
Yanağların nurun alıb sevgidən,...
..."Sən günəşə bənzəyirsən "necə də...

Qollarını geniş açıb quş kimi,
Uçacaqsan sanki üzü Allaha.
Sən göylərə məndən daha yaxınsan, 
Qısqanıram düzü səni Allaha. 

Oxa bənzər kirpiyində titrəyiş,
Qaşlarında sakit sular baxırdı.
Köksün dərin dərya kimi endikcə,
Sual, sual arxasınca axırdı...

Dodağında xəfif təbəssüm  gəzər,
Parıldayar dişlərin dənə-dənə.
Bu gecənin sükutunu dişləyib,
Pıçıldadım," yenə gələrsən...yenə"....

35 yaşima yazdığım şeir..

Dörd qapıya kilid dũşüb,aç görũm!
Qanadların qırıq düşüb uç görũm!
Fələk yazan bu taleden qaç gõrum!
Qaça bilsən, gəl, məni də apar ee!!

Ət sümũkdən,sũműk qandan ayrıdır,
Aç qəfəsi ruhun candan ayrıdır,
Solan qürub doĝan gũndən ayrıdır,
Gəl meni də bu zũlmetdən qopar ee!!

Atıb yükü,çiyin boşdu kəndirə,
Dəli boyda aĝıl düşüb zəncirə,
Bu dünyada qəmi atsam təndirə,
O dünyada qır qabından çıxar ee!!

Lopa-lopa qar da yaĝdı buluddan,
illərinə "bar" da yaĝdı bu oddan,
Daha şeytan çıxan deyil hər oddan,
Sudan mələk çıxsa məni qapar ee!!
Sudan mələk çıxsa məni qapar ee.

* * *
Nə olsun getmisən, izlərin qalıb —
Yağışın, dolunun təpiyi altda.
Mənim də üzümü qürub qızardır,
Uduzan oyunçu çəpiyi altda...

İndi qoşa düşür alnımın təri,
Məni də sevdilər boyumdan uca.
Püşk atıb ovcumda adını tutdum,
İndi heç nə yoxdur yolundan qoca...

Bu ağ saçladın da qarası olub,
Boyayıb üstünə xalı salmışam.
Sənin məhəbbətin hulqumumdadır,
Qanayıb — üstünə şalı salmışam...

Asılmaq olmyır adının altdan,
Ayağım qayıdıb özümə çatır.
Sənin baxışların sürət qatarı,
Hayana getsə də gözümə dartır...

* * *

Bu əyilən dünyanın, 
Düz vaxtında görüşək.
Bir samavar çayı qoy,
Söz vaxtında görüşək...

Ocağın qoxusunu,
Çəkək ciyərimizə.
Bir gözəl şeir oxu,
Süzək ürəyimizə.

Ələnən qar yekəlib,
Pəncərədən əl etsin.
Günəş doğsun qəflətən,
Yağan qarı sel etsin...

Açaq qapı bacanı,
Mahnı oxuyaq bir az.
Gül çiçəyi çölə sər,
Şeir qoxuyaq bir az.

* * *

Sən nağıl kimisən,
Bir varsan, bir yox...
Mən şeir kimiyəm,
Misralarım çox...

Sən ağrı kimisən,
Gəlib gedirsən...
Mən yara kimiyəm,
İzin bilirsən...

Sən bulud kimisən,
Dolub boşalan...
Mən gönü qalınam,
Dönüb daş olan...

Sən hava kimisən,
Həm isti, soyuq...
Mən quyu kimiyəm,
Dərd yeyən oyuq...

Sən azan kimisən,
Hey səsləyirsən...
Mən tövbə kimiyəm,
Hey gözləyirəm...

* * *
Bu gün də axtarmadın,
aramadın sən məni.
Pırtlaşıq taleyimdən,
daramadın sən məni.

Bu gün də tək gəzirəm
o qoşa cığırları,
bu gün də sığalladım
qasnağlı paxırları.

Bu gün də naxoş fason
burnumu hey çəkirəm.
Bir tənha yer tapanda
hönkürtümü tökürəm.

Bu gün də dünənki tək
yağış yağır qış günü.
Soruşsam — gələcəksən?
Deyəcəksən — iş günü.

Bu da bir bəhanədir,
gözlərim himə bənddir.
İki dəqiqəlik səsin
cibində simə bənddir.

Axtarmadın sən məni,
bu da üçüncü gündür.
Nə olsun ki, boyun da
boyumdan az hündürdü.

Yol böyüyün olanda
su kiçiyin olacaq.
Mən küsəndə bir yolluq
boğazın quruyacaq.
Tərs düşəcək yerimiz!

* * *
Divar şəkil asmağa —
deyil, öləndən sonra.
Gözlər də yaşla dolur,
dodaq güləndən sonra.

Tavan Allaha pərdə,
döşəmə qəbir deyil.
Adamlardan asılan
ağrılar sərçə deyil.

Pəncərədə tor qurub
hörümçək qəfəs kimi.
Bir zərrə qaranlığı
uduram nəfəs kimi.

Saxlamır göy Allahı,
ağırdı başdan belə.
Adamlar yetim qalır
bir sönük daşdan belə.

Yaşamaq ölüm deyil,
ölüb yaşayaq gərək.
Bir ömür üzümüzdə
şəkil daşıyaq gərək.

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-06-2026 12:38
Baxış sayı: 380
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını