Reklam
"Təkləndim bu boyda dünya içində..." - Xəyalə Sevil
07-06-2025 10:41
Xəyalə SevilSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xəyalə Sevil yaradıcılığından:
* * *
Sonra hamı getdi, bir-bir, iki-bir,
Adamlar azaldı, səslər azaldı.
Təkləndim bu boyda dünya içində,
Ən yaxın, ən doğma kəslər azaldı.
Sonra unuduldu bütün pisliklər,
Sonra alışıldı olanlara da.
Sonra şükür dedim gündə yüz dəfə
Əlimdə, ovcumda qalanlara da.
Sonra sən də getdin- nə önəmi var?
Könlümdə yerini hər an saxladım.
Ən vacib işimin arasında da
Səni düşünməyə zaman saxladım.
Sonra anladım ki, həyat belədi,
İnsanı ən həssas vaxtında yorur.
...Kim gözündən salır məni, görəsən?
Bir biləydim, məni kim unutdurur.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-06-2025 10:41
Baxış sayı: 3921Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























