Reklam
Adil Həmid: "Kəlbəcər deməkdən qabardı dillər, qəlbimdə yurd salan közümdən danış..."
22-05-2021 22:18
"Dolmaq üçün enib doğma Xəzərə
Boşalmağa Kəlbəcərə sürünəm.
Öpəm ayagından ulu Tərtərin.
Çay boyunca Kevliçerə sürünəm..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Həmidin şeirlərini oxucuların ixtiyarına verir:
BU QƏLƏBƏ ASAN GƏLMƏDİ BAŞA
Bir şanlı tarixə döndü olanlar;
Nişanlı gözləyən gözəl sonalar,
Oğul toylarına həsrət analar,
Şəhid xəbərinə oynadı qoşa.
Bu qələbə asan gəlmədi başa.
Yaralı dostunu atmadı darda.
Qalxdı zirvələrə boranda,qarda.
Üzbəüz döyüş də oldu arada.
Birlik ordumuzu gətirdi cuşa.
Bu qələbə asan gəlmədi başa.
Körpəsinə məzar qazdı əliylə
Oğlunu döyüşə yazdı diliylə.
Qurbanlar kəsildi şəhid ünüylə
Çox arzu-istəklər toxundu daşa.
Bu qələbə asan gəlmədi başa.
Fizuli, Cəbrayıl,Qubadlı başda.
Zəngilan, Xocalı, Xocavənd Şuşa.
Ağdam, Kəlbəcər Laçınla qoşa.
Baxdınmı sevincdən axan göz yaşa ?!
Bu qələbə asan gəlmədi başa.
Çox keçdi həsrətlə fəsillər, aylar.
Polad biləklərdə sıxıldı yaylar.
“İti qovan kimi” qovuldu haylar.
Ali Baş Komandan gəldi alqışa.
Bu qələbə asan gəlmədi başa.
Unutma zəfəri yenilməz millət.
Bəd niyyət düşməndə bəd olur xislət
Qoy çatsın dünyaya əsl həqiqət.
Yazılsın biryolluq qanla yaddaşa.
Bu qələbə asan gəlmədi başa.
Şükr olsun Allaha ,daddıq sevinci.
Qarabağ dünyada nadir bir inci.
Bu bəla, bu kədər olsun sonuncu.
Yaşa, Prezidentim, Seni min yaşa!
Sənki qələbəni gətirdin başa!
VURĞUN
Bahar çağı bir gül açdl Qazaxda
Yaz ətirli çəmənlərin birində.
Bu ətirdə, bu biçimdə, bu adda
Hamı oldu onun gülünə vurğun .
Bələd olub yaxınına, yadına
“Vurğun” dedi imzasına, adına
Şeri, sənəti yetdi dadına .
Vətən ona, o da vətənə vurğun.
Vəsf etdi çəməni, çiçəyi, gülü .
Kəklikli daşları, sonalı gölü.
Zirvədə qartalı, bağda bülbülü.
Şirin ləhcəsinə, dilinə vurğun.
Erkən itirsə də doğma anasın,
Ona ana oldu eli, obası
Başı çox çəksə də dövrün bəlasın
Oldu adətinə, dininə vurğun.
Gəldi vətən üçün “müsəllək əsgər”.
Hər sözü cəbhəyə qələbə, zəfər.
Sözdən yaratsa da bir qala , səngər,
Olmadı tərifə, şəninə vurğun.
“Şairin andı ” dedi ilk kitabına .
Ömrü boyu sadiq qaldı andına.
Qoyub bir daş kimi öz sapandına
Atdı yadellini, elinə vurğun.
Minillik bir ömür azdır desə də,
Yaşamaq şərbətdir, baldır desə də,
Özü ilk baharda gül tək gəlsə də,
Soldu bir yaz günü, gülünə vurğun.
Sözün kürəsində bərkidi, bişdi.
Ölümsüzlük zirvəsinə yetişdi.
Şükr edib Adil də bir anlıq keçdi,
Olub onun sözlü çəməninə vurğun.
SÜRÜNƏM
Dolmaq üçün enib doğma Xəzərə
Boşalmağa Kəlbəcərə sürünəm.
Öpəm ayagından ulu Tərtərin.
Çay boyunca Kevliçerə sürünəm.
Qarış-qarış gəzəm çəməni-çölü.
Qışda qarı görəm, baharda seli.
Qoxlamağa çiçək ətirli yeli,
Həm gizlincə, həm aşkarə sürünəm.
Könlüm fəgan edər təbiət üçün.
Gəzdiyim yaylaqla xoş ülfət üçün.
Anamın məzarın ziyarət üçün,
Gah ümidlə, gah biçarə sürünəm.
Siləm göz yaşını əsir babanın.
Qarışam dərdinə elin obanın.
Yandırıb gözünü sönmüş sobanın,
Yetişməyə bircə karə sürünəm.
Eşidib ayıldım Qagayı səsin.
Adil, xəyal oldu həm zilin, pəsin.
Qələbə müjdəsin gətirən kəsin
Gətirdiyi o yollara sürünəm.
DANIŞ
Yenə elimizə ilk bahar gəlir.
Gedib qoymadiqim dizimdən daniş.
Oqul, qismət olsa, bari mən əvəz
Ona həsrət qalan gözümdən danış.
O yaz güclü gəldi tufanım ,selim
Durna qatari tək daqıldı elim.
Hicrindən cadardi dodaqim, dilim
İtiyim tək deyil, yüzümdən danış.
Bülbüllər gül içrə hey ötüşəndə,
Baqbqn bqr yemədi bar yetişəndə.
Dözməzdik bircə an kənar düşəndə
20 il çəkən dözümdən danış.
İzsiz ötüşmədi keçən bu illər.
Şairi can üstə, arifi inlər.
KƏLBƏCƏR deməkdən qabardı dillər.
Qəlbimdə yurd salan közümdən danış.
Çox oldu qəlbimi dələn, teyləyən.
Olmadı dərdimə çarə eyləyən.
ADİLİ qürbətdə bükən, bələyən
Cəmi üçcə arşın bezimdən danış...
HARDASAN
Qızmar yay günüdür, səhər günəşi,
Boylanır Xəzərin üfüqlərindən.
Yenə bişirəcək bizi atəşi.
Yada düşdün, çox səfalım, hardasan
Könül istər qaymağa bal qatmağa,
Bihuş olub çəmənində yatmağa,
Ömür aman verə sənə çatmağa,
Var-dövlətim, cahcəlalım, hardasan?
Bənöşə qoxulu meh burdan əsə,
Üzsəm çiçəyini, şeh məni kəsə.
Oyanam sehirli, mehriban səsə,
Kədər yüküm, dərd-məlalım, hardasan?
Nəbisi qılınclı, Həcəri atlı,
Eli qonaqpərvər, əli sovqatlı,
Yayı bol bəhrəli, şirin ovqatlı,
Zimistanı xoş cəfalım, hardasan?
Çox axtardım yaxınını, yadını,
Hər nə daddım, verəmmədi dadını,
Fəxr edib, fərəhlə çəkdim adını,
Tay sənə yox, NƏCƏFALIM, hardasan?
YADIMA DÜŞƏNDƏ
Göynərdi həsrətdən burnumun ucu
Duman, çiskin, Çən yadima düşəndə.
Necə oldu, şəhərə qonaq gəlmisən?
Səhər tezdən sən yadıma düşəndə?
Neçə dərə, təpə, düz keçib gəldin?
Qoymadin bir ləpir, iz kecib gəldin.
Səni tənha qoyub biz köçüb gəldik
Sənsə gəldin mən yadina düşəndə?
Kürk əvəzi geyinərdik səni biz.
Daq aşardiq yoldaş edib çəni biz .
Çətin gorək o yerlərdə səni biz .
Qonaq ol hərdən yadima düşəndə .
Dəyişib adini “tüsdu”deyərlər
“Parklar, küçələr hisdi “ deyərlər.
“Bu nece havadi, pisdi” deyərlər.
Küsüb keçmə gen, yadima düşəndə.
Adil, daqin öz ləzzəti var idi .
Ocaq dadi, köz ləzzəti var idi .
Kəlmə hökmü,söz ləzzəti var idi.
Düşər saça dən yadina düşəndə!!!
OLAN KİMİ
Rahat buraxmayır məni yuxular,
Əksin gözlərimdə var olan kimi.
Könlüm səni istər, səni arzular,
Xəstənin könlündə qar olan kimi.
Həsrətəm lalə tək al yanaqlara,
Daha çəkmə məni bu sınaqlara.
Qonam şirələnmiş bal dodaqlara
beçə çiçəklərdən bal alan kimi.
Sehirləndim şirin- şəkər sözündən
Qaçmaq olmur şimşək çaxan gözündən
Dolanıb başına öpəm üzündən
Zəvvar ziyarətə dolanan kimi.
Çəkişir zövqümlə cibim hər anda
Ləlin qiyməti var xiridarında.
Barı sən xar etmə məni dar anda,
Bülbül gül yanında xar olan kimi.
Gizlətmə üzünü, gəl xətircəm ol.
ADİL ömrü boyu olsun sənə qul.
Qoy gülsün üzümə bəxtim bircə yol
Bəxtəvərin bəxti yar olan kimi.
Adil Həmid
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-05-2021 22:18
Baxış sayı: 2519
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23