Reklam
"Ulu qayalara, qızıl daşlara, qədim əlifbatək yazılmağım var..."- Zəlimxan Yaqub
09-01-2021 18:03
Bu gün görkəmli Azərbaycan şairi Zəlimxan Yaqubun anım günüdür. El arasında sinədəftər adlandırılan şairin ölümündən beş il ötür. Cismani yoxluğunun acısı bir ömür Zəlimxansevərlərin ürəyini göynədəcək. Həmişəyaşar ruhu isə hər vaxt könlümüzü oxşayacaq, bənzərsiz poeziyasının işığı ilə ruhumuz dincələcək. Şairlər ölmür, şairlər şeirləri, misraları ilə əbədi yaşayır. Bir nəfər belə oxucusu varsa, demək şairin ömrü bir insan ömrü qədər də uzanır. Minlərlə sevəni, oxuyanı Zəlimxan Yaqubu daim yaşadacaq, yaradıcılığını təbliğ edərək, Zəlimxan irsinin gələcək nəsillərə daşınmasına zəmin yaradacaqlar. Qışda dünyaya gəlsə də isti nəfəsi, yazda çağlayan bulaq kimi aşıb-daşan təbi ilə yaddaşlara hakim kəsilən şair elə qışda da köç etdi bu dünyadan. Bahar adamı kimi getdi. Şeir ətirli ruhunu Tanrıya daşıdı, bizlərə isə sözü, yazdıqları qaldı. Şirin dili, kökə, əsrləri yarıb gələn söz ənənəsinə bağlılığı, folklor sənətinə, aşıq yaradıcılığına sevgisi, fenomen yaddaşı onun oxucular, izləyicilər tərəfindən daha çox sevgi qazanmasına səbəb olub. Ədəbiyyat, söz, poeziya yaşadıqca, Zəlimxan da var olacaq. Ruhu şad olsun!
Dalidag.az sevgi və ehtiramla şairi anır və Zəlimxan Yaqub poeziyasından bir neçə nümunəni oxuculara təqdim edir:
Sevinc Qərib
PORTRET
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.
Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.
Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.
Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.
Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.
BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim yaşım uşaq yaşı deyil ki,
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
ŞAİR
Demək halalına haramlıq qatıb,
Tutduğu zirvədən enirsə şair.
Demək ortalıqda şeytan işi var,
Kor qalan ocaqtək sönürsə şair.
Səsi dağdan gəlir, arandan gəlir,
Sədası İrandan, Turandan gəlir.
Mayası Ayədən, Qurandan gəlir,
Yenilməz zamanı yenirsə şair.
Ruhu olmayanın tərpənməz tükü,
Ürəyi olanın sevgidir yükü.
Dərin bir keçmişə bağlıdı kökü,
Ürəkdə heykələ dönürsə şair.
Saflığı dağların dümağ qarıdı,
Yönü düzə sarı, haqqa sarıdı.
Dediyi Allahın kəlamlarıdı,
Peyğəmbər dilində dinirsə şair.
SƏN YORULMADIN
Yollara baxmaqdan gözüm yoruldu,
Səni çağırmaqdan sözüm yoruldu.
İradə yoruldu, dözüm yoruldu,
Ey mənim inadım, sən yorulmadın.
Yerlərə, göylərə saldın səs-səda,
Uca zirvələri gətirdin yada.
Üfüqlər nə qədər geniş olsa da,
Ey qolum, qanadım, sən yorulmadın.
Bütün ömrün boyu yardın, yaratdın,
Arzuya yetişdin, mətləbə çatdın.
Ruhuma uyuşdun, könlümə yatdın,
Zəhmətim, ustadım, sən yorulmadın.
Düşmən bostanıma xeyli daş atdı,
Gah möhkəm tutdurdu, gah yavaş atdı.
Təmizlik, halallıq səni yaşatdı,
Məğrur istedadım, sən yorulmadın.
MƏZAR
Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?
Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha.
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.
Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.
Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə.
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.
İSTƏRƏM
Yolçular yorulmaz, yollar tükənməz,
Mən elə getdikcə getmək istərəm.
Yollar kənarında ağaclar kimi,
Ucalmaq istərəm, bitmək istərəm.
Ay gedə, gün gələ, bir səhər ola,
Üfüq qızıl ola, şəfəq zər ola.
Mənim çox sevdiyim nəğmələr ola,
Elə ömrüm boyu ötmək istərəm.
Nədir tilsim dünya, tapmaca dünya,
Boyu boyumuzdan çox uca dünya.
Nə deyir insana bu qoca dünya,
Sirlərin sonuna yetmək istərəm.
AXŞAMÜSTÜ
Göylərdə kövrələn buludlar deyil,
Beynimin içinə dolan tüstüdü.
Bilirəm qarşıdan qaranlıq gəlir,
Yaman darıxıram, axşamüstüdü.
Qəlbin həm sevinci, həm də yası var,
Hər günün öz hökmü, öz dünyası var.
Ömrün səhəri var, günortası var,
Yaman darıxıram, axşamüstüdü.
Dünyanın üzünə gələndən bəri,
Həmişə sevmişəm nurlu səhəri.
Kimə xeyir verib axşamın şəri,
Yaman darıxıram, axşamüstüdü.
Alınmaz qalanı kim tikib görən,
Nə deyir hördürən, nə deyir hörən.
Geriyə qayıtmır qapıdan girən,
Yaman darıxıram, axşamüstüdü.
Səhər bu dünyanın hər şeyi təzə,
Günorta gözəllik gətirir gözə.
Axşam qaranlığı heç baxmır sözə,
Yaman darıxıram, axşamüstüdü.
SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya
Dalidag.az
Dalidag.az sevgi və ehtiramla şairi anır və Zəlimxan Yaqub poeziyasından bir neçə nümunəni oxuculara təqdim edir:
Sevinc Qərib
PORTRET
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.
Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.
Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.
Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.
Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.
BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim yaşım uşaq yaşı deyil ki,
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
ŞAİR
Demək halalına haramlıq qatıb,
Tutduğu zirvədən enirsə şair.
Demək ortalıqda şeytan işi var,
Kor qalan ocaqtək sönürsə şair.
Səsi dağdan gəlir, arandan gəlir,
Sədası İrandan, Turandan gəlir.
Mayası Ayədən, Qurandan gəlir,
Yenilməz zamanı yenirsə şair.
Ruhu olmayanın tərpənməz tükü,
Ürəyi olanın sevgidir yükü.
Dərin bir keçmişə bağlıdı kökü,
Ürəkdə heykələ dönürsə şair.
Saflığı dağların dümağ qarıdı,
Yönü düzə sarı, haqqa sarıdı.
Dediyi Allahın kəlamlarıdı,
Peyğəmbər dilində dinirsə şair.
SƏN YORULMADIN
Yollara baxmaqdan gözüm yoruldu,
Səni çağırmaqdan sözüm yoruldu.
İradə yoruldu, dözüm yoruldu,
Ey mənim inadım, sən yorulmadın.
Yerlərə, göylərə saldın səs-səda,
Uca zirvələri gətirdin yada.
Üfüqlər nə qədər geniş olsa da,
Ey qolum, qanadım, sən yorulmadın.
Bütün ömrün boyu yardın, yaratdın,
Arzuya yetişdin, mətləbə çatdın.
Ruhuma uyuşdun, könlümə yatdın,
Zəhmətim, ustadım, sən yorulmadın.
Düşmən bostanıma xeyli daş atdı,
Gah möhkəm tutdurdu, gah yavaş atdı.
Təmizlik, halallıq səni yaşatdı,
Məğrur istedadım, sən yorulmadın.
MƏZAR
Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?
Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha.
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.
Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.
Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə.
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.
İSTƏRƏM
Yolçular yorulmaz, yollar tükənməz,
Mən elə getdikcə getmək istərəm.
Yollar kənarında ağaclar kimi,
Ucalmaq istərəm, bitmək istərəm.
Ay gedə, gün gələ, bir səhər ola,
Üfüq qızıl ola, şəfəq zər ola.
Mənim çox sevdiyim nəğmələr ola,
Elə ömrüm boyu ötmək istərəm.
Nədir tilsim dünya, tapmaca dünya,
Boyu boyumuzdan çox uca dünya.
Nə deyir insana bu qoca dünya,
Sirlərin sonuna yetmək istərəm.
AXŞAMÜSTÜ
Göylərdə kövrələn buludlar deyil,
Beynimin içinə dolan tüstüdü.
Bilirəm qarşıdan qaranlıq gəlir,
Yaman darıxıram, axşamüstüdü.
Qəlbin həm sevinci, həm də yası var,
Hər günün öz hökmü, öz dünyası var.
Ömrün səhəri var, günortası var,
Yaman darıxıram, axşamüstüdü.
Dünyanın üzünə gələndən bəri,
Həmişə sevmişəm nurlu səhəri.
Kimə xeyir verib axşamın şəri,
Yaman darıxıram, axşamüstüdü.
Alınmaz qalanı kim tikib görən,
Nə deyir hördürən, nə deyir hörən.
Geriyə qayıtmır qapıdan girən,
Yaman darıxıram, axşamüstüdü.
Səhər bu dünyanın hər şeyi təzə,
Günorta gözəllik gətirir gözə.
Axşam qaranlığı heç baxmır sözə,
Yaman darıxıram, axşamüstüdü.
SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-01-2021 18:03
Baxış sayı: 3559
Yazı axını
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23