Reklam
Başqan Baş redaktoru "topa tutdu" – Arif Hacılı və Rauf Arifoğlu arasında QARŞIDURMA
29-09-2019 11:58
"Rauf Arifoğlu hansı layihəyə əl qoyursa uğur qazandığını, bizim partiyamızın yaradıcısı olduğunu, bizim liderlik xüsusiyyətlərimizin olmadığını iddia edib".
Dalidag.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
O, açıqlamasında R.Arifoğlunu kəskin tənqid etməklə yanaşı, "Yeni Müsavat" qəzetinin daha çox biznes layihəsi olduğunu vurğulayıb:
"Əslində siyasi təşkilat quruculuğu üçün ən uğurlu zamanda, 1989-cu ildə "Yeni Müsavat" partiyasını elan etmişdilər. Üç il ərzində heç nə edə bilmədilər, Türkiyədə Müsavatı yaşadanlardan da xeyir-dua ala bilmədikdən sonra bizə müraciət etdilər.
AXC- ni hakimiyyətə gətirdik. Müsavatı bərpa etdik. Müsavat qısa müddətdə ölkənin birinci partiyası oldu. O zaman qurduğumuz qəzetlər də azad rəqabət şəraiti aradan qalxana qədər "Yeni Müsavat"- dan çox populyar idi.
"Yeni Müsavat" qəzeti isə qurucusunun dəfələrlə etiraf etdiyi kimi daha çox biznes layihəsidir.
Onunla bu sahədə rəqabətə girmək fikrimiz olmayıb.
Siyasi rəqabətdə isə həmişə onun mənə qarşı koalisiya ortaqları ilə birlikdə topladığı səslərinin ümumi sayından daha çox səs toplamışam.
Yazır ki, guya mən güclü siyasətçiləri sevmirəm.
Mən Elçibəyi, İsa Qəmbəri, 26 il irticaya duruş gətirib əqidəsindən dönməyənləri güclü siyasətçi hesab edirəm. Onlarla birlikdəyəm.
İndiki iqtidar mənsublarını, hər mövsümdə bir hava çalanları güclü siyasətçi saymıram, onlarla birlikdə ola bilmərəm.
Mənimlə 6 aydan çox eyni həbsxana kamerasında qaldığını da tez-tez təkrarlayır.
Belə görünür ki, hər halda həyatının parlaq səhifəsinin bu olduğunu yaxşı başa düşür".demokrat.az
Dalidag.az
Kateqoriya: Media
Tarix: 29-09-2019 11:58
Baxış sayı: 3605Yazı axını
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
Ən çox oxunanlar






























