Dalidag.az unudulmaz sənətkar, səsi ilə dünyanı fəth edən Şövkət Ələkbərova haqqında maraqlı faktları təqdim edir. Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi

Özbəkistanın “Zor” televiziya kanalında nümayiş etdirilən “JOZİBA” verilişinin canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub. Dalidag.az xəbər verir ki, televiziya kanalında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi nümayiş etdirib. Verilişin aparıcısı Matluba Safarova milli rəqslərimiz barədə danışıb, Azərbaycan xalqının zəngin mədəniyyəti, incəsənəti haqqında məlumat verib.

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında keçirilən tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, yazıçı və şairlər, vaqifsevərlər iştirak ediblər. TÜRKSOY-un fəaliyyətinə dair filmin nümayişindən sonra Vaqif Səmədoğlu barədə sənədli ekran əsəri göstərilib. Sonra TÜRKSOY-un baş katib Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və

Görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində təntənəli şəkildə qeyd olunub. Dalidag.az xəbər verir ki, Xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi

Muzey və ya qalereyaya getmək ömrünüzü uzada bilər. London Universitetinin kollecində çalışan alimlər 50 yaşdan yuxarı bir neçə min britaniyalının sağlamlığı və məşğuliyyəti haqda informasiyaları araşdırdıqdan sonra bu qənaətə gəliblər. Onlar yaşlanmanın araşdırılması zamanı toplanmış göstəricilərə istinad ediblər. Britaniyada 17 ildir ki, aparılan bu geniş miqyaslı araşdırma öz-özlüyündə çox maraqlıdır - müəlliflər 18 min britaniyalının təqaüddən əvvəlki və sonrakı sağlamlıqları və həyat

“Apardı sellər Saranı” əsəri İbrahim Abbasəlizadənin rejissorluğu ilə Təbrizin Mədəniyyət Evinin “Şəms” salonunda səhnələşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə “Təbriz-e mən” saytı məlumat yayıb. Əsər Təbriz, Tehran, Naxçıvan və Türkiyədə uğurlu çıxışlardan sonra fevralın 3-ü yenidən səhnəyə qoyulub. Seyid Mürtəza Haşimpurun əsəri əsasında səhnələşdirilən tamaşada Sevda Rzayi, Behnam Pənahi, İbrahim Abbasəlizadə, İrəc Oca Yari, Nəsibə Seyidi, Fərzad Səqqa, Əli Süleymani rol alıblar.

Məşhur xalq mahnısı “Qaragilə”nin kim tərəfindən bəstələndiyi zaman-zaman müzakirə mövzusu olub. Dalidag.az xəbər verir ki, bir çoxları bu mahnının Təbrizdə yaranıb Bütöv Azərbaycan nisgilinə çevrildiyini bildirsə də, fərqli iddialar da mövcuddur. 2006-cı ildə “Xalq cəbhəsi” qəzetində “Qaragilə”, “Dilbərim” mahnısının müəllifi kimdir?” başlığı ilə dərc edilən məqalədə bu iddialara aydınlıq gətirilib. Məqalədə bildirib ki, bəstəkar Nüsrət Əliyevin qohumları mahnının ona məxsus olduğunu iddia

Ağstafa Regional Mədəniyyət İdarəsi “2 fevral-Azərbaycan Gənclər Günü” və “2020-Könüllülər ili” münasibətilə “Gənc mədəniyyət könüllülərinin regional konfransı”nı keçirdi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoydular. Ağstafa Musiqi Mərkəzində davam edən tədbirdə öncə Ağstafa MKS-nin 2 fevral-Gənclər günü münasibətilə təşkil etdiyi kitab sərgisinə baxış keçirildi. Sonra akt

Brüssel İncəsənət Sarayında təşkil edilən “Bridges” film festivalında rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi nümayiş olunub. Dalidag.az bildirir ki, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların suallarını cavablandırıb. Qeyd edək ki, film festifalı Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində keçirilir. Dalidag.az

Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib. Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söhbət açılıb. Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq
Yazı axını