Reklam
Ölümlə hədələnən dahi azərbaycanlı - Faktlar
10-05-2020 14:08
1. Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan kişi oğlunun təhsili üçün şəhərə köçüb, bənnalıq edib.
2. İlk təhsilini mollaxanada alan Əzim bir müddət sonra rus-tatar məktəbinə daxil olub. Burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərib, ədəbi əsərlərə illüstrasiyalar çəkib.
3. İbtidai təhsilini uğurla bitirdikdən sonra iş adamı Ağabala Quliyevin evində çalışmağa başlayıb. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət olunan Maslov soyadlı rus rəssamın yanında təsviri sənətin sirlərinə yiyələnməyə başlayıb.
4. Əzim Əzimzadə yaradıcılığında əsrlərdən bəri formalaşan Təbriz miniatür məktəbi ilə rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.
5. Onun rəssamlıq sahəsində ilk ciddi addımları “Molla Nəsrəddin” dərgisində nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Yalançı mollaların karikaturasını çəkən Əzim buna görə onlar tərəfindən dəfələrlə ölümlə hədələnib.
6. 1914-cü ildə Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub.
7. Ə.Əzimzadənin teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.
8. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub.
Qeyd edək ki, Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub.kult.az
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 10-05-2020 14:08
Baxış sayı: 3746Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























