Reklam
Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – VİDEO
22-02-2020 11:31

23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb.
Dalidag.az xəbər verir ki, videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib.
4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını bildirir.
29 saylı məntəqədə isə sədr səslərin sayılmasının şəffaflığını təmin etmir. Müşahidəçilər səslərin sayılmasına nəzarət etmək istəsələr də, məntəqə sədri onların hüquqlarını pozaraq buna imkan vermir.
12 saylı məntəqədə isə səslər sayılarkən bülletenlərin əvvəlcə 145 olsa da, komissiya üzvləri 205 bülletenin olduğunu iddia edir. Müşahidəçilər yenidən saymağı təklif etsələr də, komissiya üzvləri bundan yayınır.
21 saylı məntəqədə isə sədr kabinetinə girərək qapını bağlayır və protokolları vermək istəmir. Müşahidəçilərin etirazlarından sonra kabinetdən çıxan məntəqə sədri protokolları təqdim edəcəyini deyir. Eyni zamanda məlum olur ki, sədr səslərin sayını elan etməyib. Müşahidəçilər bunu onun diqqətinə çatdırdıqda isə "elan etmişəm, çıxdılar getdilər" deyir. Lakin müşahidəçilər onun yalan danışdığını, səslərin heç kəsə elan edilmədiyini bildirir.
Bundan sonra məntəqə sədri protokolları gətirmək adı ilə yenidən kabinetinə girir.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin favoriti "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə hesab edilsə də, Mərkəzi Seçki Komissiyası (MSK) Ziyad Səmədzadəni qalib elan edib. Ziyad Səmədzadə üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.yenisabah.az
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 22-02-2020 11:31
Baxış sayı: 4580Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















