Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.
Dalidag.az xəbər verir ki, aktiv məşğulluq tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər.
Yarmarkada işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim edilib.
Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıb.
Aktiv məşğulluq tədbiri çərçivəsində işəgötürənlərlə görüş də keçirilib. Görüşdə Agentliyin fəaliyyəti, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib, işəgötürənlərin sualları cavablandırılıb.
Reklam
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
08-09-2026 16:53

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 08-09-2026 16:53
Baxış sayı: 3194Yazı axını
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
Ən çox oxunanlar




























