Reklam
Laçındakı yeganə kitab evi niyə hədəfə alınıb? - abadlıq adı altında bərbadlıq
14-08-2026 13:48
Dalidag.az bildirir ki, Laçında yeganə mədəniyyət və mənəviyyat ocağı sayılan "Simurq" Kitab Evinin bağlanması təhlükəsi ilə bağlı rayon sakini Ayaz Qasımov həyəcan təbili çalır. Mədəni obyektlər təkcə kitab təqdim edən məkan deyil, həm də insanların asudə vaxtını səmərəli keçirdiyi, mənəvi dünyasını zənginləşdirdiyi və şəhərin ruhunu yaşadan mühüm mərkəzlərdir. Belə bir məkana qıfıl vurmaq şəhərin sosial-mədəni mühitinə və sakinlərin asudə vaxtına vurulan ciddi zərbədir.""Simurq" Kitab Evinin bağlanması ilə bağlı səslənən fikirlər haqlı olaraq böyük narahatlıq doğurur. Görünən odur ki, "Bakı Abadlıq" MMC gözünü kitab evinə dikib və onun fəaliyyətinin dayandırılmasını istəyir. Halbuki həmin kitab evinin nə "Bakı Abadlıq" MMC-yə bir aidiyyəti, nə də onun fəaliyyətinə hər hansı maneçiliyi var.
Amma təəssüf ki, bəziləri hələ də "Bağdadda kor xəlifədir, burada mənəm" prinsipi ilə hərəkət etməyə adət ediblər.
Bir şəhərin kitab evini bağlamaq sadəcə bir obyektin qapısına qıfıl vurmaq deyil. Bu, kitaba, mədəniyyətə və şəhərin mənəvi həyatına olan münasibətin göstəricisidir. Abad edilmiş mədəniyyət ocağını bərbad etməkdə israrlı görünən bu yanlış qərarın qarşısı vaxtında alınmalıdır. Laçın "Simurq" Kitab Evi bağlanmamalı, əksinə, fəaliyyətini davam etdirərək şəhərin mədəni həyatına xidmət etməlidir"- Ayaz Qasımov qeyd edib.
Dalidag.az
Kateqoriya: Manşet / Kitab köşkü
Tarix: 14-08-2026 13:48
Baxış sayı: 3183Yazı axını
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
14 / 09 / 2026
14 / 09 / 2026
Ən çox oxunanlar





























