Reklam
Müəllim, leytenant, şəhid… Ələsgər
26-02-2026 16:17
Ələsgər Fərrux oğlu Şükürov 1965-ci il iyun ayının 28-də Azərbaycanın incisi olan Kəlbəcər rayonunun Molla Bayramlı kəndində dünyaya göz açıb. 1972-ci ildə doğulduğu kənd natamam orta məktəbinin birinci sinfinə ilk addımlarını atan Ələsgər Şükürov 8-ci sinfə qədər burada təhsil aldıqdan sonra, Bakı şəhərində təmayüllü məktəbdə təhsilini davam etdirib. 1982-ci ildə o, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə eksperimentlə qəbul olub. Birinci kursu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Ələsgər Şükürov xidməti borcunu yerinə yetirdikdən sonra elə həmin universitetdə ali təhsilini davam etdirir. Onun universitetdə qalması üçün təklif olmasına baxmayaraq o, öz doğma rayonuna qayıdır, Kəlbəcər rayon 3 nömrəli rus məktəbində ixtisası üzrə müəllim təyin olunur. Gənc müəllim Kəlbəcər rayonu işğal olunana qədər burada müəllim kimi fəaliyyət göstərir.
Kəlbəcər işğal olunduqdan sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində qaçqın və məcburi köçkün uşaqları üçün salınmış məktəbdə direktor vəzifəsinə təyin olunur. Kəlbəcər rayon təhsil şöbəsinin nəzdində olan məktəbdə çalışmağa başlayır Ələsgər müəllim.
o, könüllü olaraq 1994-cü il yanvar ayının 26-da Kəlbəcər rayonunun xilas olunması üçün 701 saylı hərbi hissənin 3-cü taboruna ( Kəlbəcər taboru) vətənin müdafiəsinə qoşulur. Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad olunması uğrunda, doğulduğu Kəlbəcərin azad olunması uğrunda, dağ demədən, sıldırım qaya demədən, çətin maneələri aşaraq və sonda çiyinlərində leytenant rütbəsini daşıyan Ələsgər Şükürov birinci Qarabağ müharibəsində 29 yaşında Murovdağ əməliyyatında Yanşaq kəndi uğrunda gedən döyüşlərdə cəngavərlik nümayiş etdirərkən şəhidlik zirvəsinə ucaldı
Amma bu şəhidliyin ağrısını ən dərindən çəkənlər vardı…
Ələsgər müəllimin anası oğlu şəhid olmadan illər öncə – hələ Kəlbəcər işğal olunmamışkən haqq dünyasına qovuşmuşdu. O, oğlunun bu taleyini görmədi. Bəlkə də Tanrı bir ana ürəyini bu ağır imtahandan qorudu.
Lakin Ələsgər şəhid olan gün sanki Kəlbəcərin torpağı titrədi… O torpaqda uyuyan ana məzarı da sükutunu pozdu. Bir ana məzardan qalxdı – oğlunun adını səslədi. Çünki ana ürəyi torpağın altında da susmur.Bu xəbər Ələsgər boş qalan yurd yerində-Mollabayramlıda qayalara çırpılıb kəndə haray saldı.Dağ,daş ağladı bu vədəsiz köçə.Ana yurd yerində,Ələsgər qürbətdə daşa dönmüşdü.Fəryadı balasına yetməyən ananın ruhu oğlunu qarşılamağa qalxdı.Üstünü qara bulud alan Mollabayramlını bir ana ağısı bürüdü...
Ağsaqqal Fərrux kişinin isə sinəsinə dağlar çəkildi. Onsuz da yurd itkisi ilə sınmış bir ata ürəyi indi övlad dərdi ilə param-parça oldu. O, həm torpağını itirmişdi, həm də torpağa əmanət verdiyi oğlunu. Bir ata üçün bundan ağır yük varmı?
Bacının fəryadı göylərə yüksəldi. Qardaş itkisi onun səsini titrətdi, göz yaşları dağ çayına döndü. O gün bir ailənin deyil, bir elin ürəyi ağladı.
Ələsgər Şükürovun şəhidliyi təkcə bir ömrün sonu deyildi. O, bir ananın torpaqdan qalxan duası, bir atanın sinəsinə çəkilən dağ, bir bacının sönməyən harayı oldu.
Və o gündən sonra Kəlbəcərin hər əsimlilk mehi də bir adı daha pıçıldadı –
Müəllim… Leytenant… Şəhid…
Ələsgər.
Ədil Orucov
"Aydın Səma "qəzeti
1999-cu il
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 26-02-2026 16:17
Baxış sayı: 2163Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar





























