Reklam
"İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır" - HƏKİM
13-02-2020 12:49

"Həkimlər onun həyatı ilə çarpışırlar. İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır". Dalidag.az xəbər verir ki, bunu tibbi-ekspert Adil Qeybulla deyib.
O, bildirib ki, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır:
"İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.
Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar.
Allah şəfa versin, dualarımız onunladır."
Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 13-02-2020 12:49
Baxış sayı: 3965Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























