Reklam
"İsgəndər Həmidov komadadır, süni ventilyasiya aparatına qoşulub" - Professor
03-02-2020 23:09
"Artıq xeyli vaxtdır Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır".
Dalidag.az-ın məlumatına görə, bunu sosial şəbəkədə tibb elmləri doktoru, professor Adil Qeybulla yazıb:
"Bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşmiş, huşunu itirib yıxılıb. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Mənə bildirildi ki, huşu gedəndən təxminən 5-7 dəq sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Klinikaya dxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin avazımışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi".
A,Qeybulla bildirir ki, onu dərhal reanimasiya şöbəsinə götürüblər:
"Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: Vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirildi. İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok» diaqnozu qoyuldu. Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi klinik xəstəxanaya (MKX) köçürülməsi qərara alındı.
Hazırda İsgəndər Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir".
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 03-02-2020 23:09
Baxış sayı: 11 219
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02