Reklam
Oqtay Gülalıyev saz musiqisi dinlədi, gözlərini qırpdı (VİDEO)
04-01-2020 12:20

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.
Dalidag.az xəbər verir ki, jurnalist Əvəz Zeynallı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisini ziyarət edib.
"Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oqtaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oqtay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə", - deyə Ə.Zeynallı bildirib.
Qeyd edək ki, O.Gülalıyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən "Semaşko”ya aparılıb, oradan isə "City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub. Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 04-01-2020 12:20
Baxış sayı: 4606Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























