Reklam
Kəlbəcər Maliyyə şöbəsinin qadın əməkdaşını döyüb komaya SALDILAR
22-11-2019 11:27

Gəncədə döyülmə faktı qeydə alınıb.
Dalidag.az xəbər verir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb.
Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib.
Əldə edilən məlumata görə, V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir.
İlkin məlumata görə, gənc cütlüklərin arasında mübahisə qızın nişanı qaytarmasından sonra yaranıb. Buna səbəb isə oğlanın başqa qızla münasibətinin üzə çıxması olub.
Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir.
Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir.
Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 22-11-2019 11:27
Baxış sayı: 11 335Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























