"İstiqlal bəyannaməsi"ni imzalayanların aqibəti necə oldu? - VİDEO
28-05-2020 22:33
İstiqlal bəyannaməsinə imza atanların böyük əksəriyyəti 30-40 yaş arasında olub. Həmin şəxslər ömürlərinin sonuna kimi istiqlal mübarizəsi aparıblar.
Dalidag.az-ın məlumatına görə, "xəzər xəbər" istiqlal bəyannaməsinin orijinalının saxlanıldığı yeri çəkib. Həmin sənəd harada saxlanılır ? İstiqlal bəyannaməsinə səs verən 26 nəfərin yarıdan çoxu niyə öldürülüb? Xüsusi reportajı təqdim edirik.
İstiqlal bəyannaməsini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,Camo bəy Hacınski,Şəfi bəy Rüstəmbəyov,Nəriman bəy Nərimanbəyov,Cavad bəy Məlik Yeqanov və Mustafa Mahmudov imzalayıblar. İstiqlal bəyannaməsini qəbul edilməsi ilə milli dövlət yaradıldı.O dövləti quranlar xalqın bağrından çıxan ziyalılar idi...İstiqlal bəyannaməsinə imza atanlar, səs verənlərin böyük əksəriyyəti 30-40 yaş arasında olub..Ən yaşlı şəxs Firudin bəy Köçərlinin 55, Rəhim bəy Vəkilovun isə 21 yaşı var idi.Həmin şəxslər ömürlərinin sonuna kimi istiqlal mübarizəsini aparıblar..
İstiqlal bəyənnaməsini imzalayanların xalqa bağlılığı,yüksək mənəvi keyfiyyətlərə malık olmaları bu gün də unudulmur.Tarixçilər o dövrdə hökumətə rəhbərlik edən Nəsib bəy Yusifbəyliyə, atasının yazdığı məktubu bu gündə xatırlayırlar.
Lakin sonradan istiqalal bəyannaməsinin lehinə səs verənlərin əksəriyyəti təqib edilib, yarıdan çoxu isə öldürülüb.
İstiqlal bəyannaməsini imzalayanların bəziləri cümhuriyyətin süqutundan sonrakı yaxın 1-2 il ərzində öldürülüb, əksəriyyəti isə 37-ci ilin repressiya qurbanı olub. Səsvermədə bitərəf qalan Sultan Məcid Qənizadənin belə yaşamağına icazə verilməyib.Digər bitərəf Cəfər bəy Axundovun taleyi haqqında isə heç bir məlumat yoxdu. Bu insanların azad və demokratik düşüncədə olması heç cür qəbul edilmirdi.
Mühacirətə gedənlərin əksəriyyəti isə Türkiyə, Almaniya və Polşada məskunlaşmağa məcbur olub.
Onlar öz canlarından keçərək, yoxsulluq səfalət içində yaşayaraq Azərbaycanın gələcəyinə olan ümidlərini heç vaxt itirmədilər.
Uğurunda canlar verilən 3 rəngli bayrağımız isə müstəqil Azərbaycan var olduğu müddətcə daima dalğalanacaq.
Kateqoriya: Manşet / Sosium
Tarix: 28-05-2020 22:33
Baxış sayı: 4728Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















