Kəlbəcər bölgəsinə 130 ton humanitar yardım çatdırılıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədarük Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə həyata keçirilib. Humanitar yükə sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpasına dair elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları daxildir. Bu yüklər 20 “KamAZ” markalı yük maşını və onları

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçı Azər Qocayev 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibəti ilə Vətən müharibəsi iştirakçılarını təbrik edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev uzun müddət ərzində erməni vandalları tərəfindən işğal altında saxlanılan torpaqlarımızı gecə-gündüz yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin nəticəsi olaraq azad etmişdir. Rəhbər, xalq, ordu birliyinin və bu

Bir ildən artıqdır ki, Azərbaycanda Ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçkiləri keçirilib. 6-cı çağırış deputat seçkilərinin nəticəsi bəzi məqamlarda qənaətbəxş olmasa da, millət vəkili adı qazananlar arasında yeni simalar da mövcuddur. Sonuncu seçkilərdə xalq bu dəfə hər şeyin dəyişəcəyinə çox ümid bəsləyir, seçdiyi deputatın hər zaman ona dəstək olacağına və millət vəkili adını doğruldacağına inanırdı. Bir illik fəaliyyət göstərir ki, heç də bütün deputatlar daşıdıqları

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Əhmədxan Əhmədovun ailəsini ziyarət edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı tarixi məqama – torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda təsadüf etdi. Partiya Azərbaycanın ən ağır günlərində yarandı. Bu gün isə müstəqil, qüdrətli, qalib Azərbaycanda növbəti qurultay keçirildi”. Dalidag.az xəbər verir ki, bu fikirləri YAP-dan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib. A.Məmmədovun sözlərinə görə bu qurultayda həm rəhbər heyətdə, həm də rəhbər strukturlarda dəyişikliklərin edilməsi zamanın tələbidir: “Ulu öndər Heydər

Daha bir kəlbəcərli şair Kəlbəcərə qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, 28 ilə yaxın məcburi köçkün həyatı yaşayan, ağrısını-acısını, yurd həsrətini nisgilli şeirlərində ovudan ağsaqqal şair Nəbi Kərimov (Küskün) vəfat edib. Bu barədə tanınmış kəlbəcərli şair Xəqani Həbiboğlu bildirib. N.Kərimov bu gün Gəncədə dəfn olunub. Qeyd edək ki, N. Küskünün "Yaranmışa yalan dünya" adlı şeirlər kitabı var. Allah rəhmət eləsin! Dalidag.az

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən

Kəlbəcər rayonunda Koronavirusa (COVİD-19) qarşı vaksinləşmə prosesinin daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədi ilə Operativ Qərargahın iclası keçirilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Kəlbəcər rayonun xidməti ərazisində Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesini əhali arasında uğurla həyata keçirmək,

Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib. Dalidag.az -ın əldə etdiyi məlumata görə, bir-neçə gün əvvəl İsmayıl Məhəmmədov Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, yeni şöbə müdiri buna qədər rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Lənkəran Dövlət Universitetində təhsil alıb. İ.Məhəmmədov haqqında internet resurslarında geniş məlumat yoxdur. Dalidag.az

Kəlbəcər rayon ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edib. Dalidag.az -ın məlumatına görə, respublikamızın hər yerində olduğu kimi Kəlbəcər rayonundan da, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən YAP Kəlbəcər Rayon Təşkilatında, Kəlbəcər Rayon Təhsil Şöbəsində, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında, Aşıq Şəmşir adına mədəniyyət evində, Kəlbəcər Rayon Statistika İdarəsində, Kəlbəcər Rayon Suvarma
Yazı axını