Reklam


Uzun illər işlədiyim “Yenilik”qəzeti mənim həyatımda silinməz izlər buraxmışdır.Kəlbəcərin çal- çağırlı illərində “Yenilik” qəzeti rayonun ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynayırdı. Heç kəsə sirr deyil ki, uzunömürlülər diyarı kimi tanınan dağlar diyarı Kəlbəcərdə ədəbi mühit də yüksək səviyyədə inkişaf etmişdi. Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət, Şamil Əsgərov, İdris Verdiyev, Aşıq Allahverdi Qəmkeş, Əli Başlıbelli, Əyyub və Yaqub Cabbarovlar, Mirsəyyaf Zamanlı və bir sıra başqa
Kəlbəcərlilərin 113 gün gizləndiyi kahalarda 28 ildən sonra həyat izləri tapıldı - VİDEO
(19-04-2021, 13:00)
(19-04-2021, 13:00)

Aprelin 18-i Başlıbel faciəsindən 28 il ötüb. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər
"Bizə bir xəbər ver, Ələsgər baba, xəbər ver, kimsəsiz dağlar necədir?" - Namiq Dəlidağlı
(18-04-2021, 14:00)
(18-04-2021, 14:00)

Tanrı Azərbaycan adlı məmləkəti minbir möcüzə, könül ovsunlayan, göz oxşayan gözəlliklər, var içində yaratdı. Heç nəyi əsirgəmədi yaradan, atəşini günəşdən alan Vətənimizdən. Elə bu cür yaranması da başına bəla oldu. Əsrlərlə üzərindən yağı həmlələri əskik olmadı, gözəlliyi qısqandırdı, gözügötürmədi yadellilərin. Qonşusu bədnam oldu, dost görünüb düşməncə davrandı, torpaqlarına sahiblənmək istədi. Bu düşmən hər dəfə bağışlandıqca, daha da quduzlaşdı. Faciələr, soyqırımlar, qırğınlar törətdi...

2015-ci il idi, ustad Yusif Hüseynlə dərdləşirdik, onda Xəqani Həbiboğlu haqqında mənə ağız dolusu danışır, şeirlərindən misallar çəkirdi. Nə yalan deyim, şeirləri ilk baxışdan tamam fərqli təsir bağışlayırdı, yəni, şeirin mahiyyətin başa düşmək o qədər də asan deyildi. Yusif müəllimlə bir dərdləşməsi var idi ki, Yusif müəllim yazırdı: "Bir şair yaşayır Kür qırağında". Açığı diqqətimi çəkmişdi bu şair, çünki Yusif müəllim hələm-hələm şairi bəyənməzdi. Bir gün dedim ki, ustad, məni o şairlə

Dahilərin “Ədalət sonda zəfər calacaq!” deyimi heç də elə-belə deyilməyib. Bu gün yaşadıqlarımız bunu bir daha sübut etdi. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın qırx dörd günlük Vətən Müharibəsində işğaldan azad edilməsi ədalətin sonda zəfər qazanmasına bariz nümunədir. Bu zəfərə aparan yol isə çox uzun bir yol oldu: Yarıtmaz AXC-Müsavat cütlüyünün məğlubiyyət yolu, hakimiyyət hərisliyindən başı gicəlləndiyi üçün rayonlarımızı bir-birinin ardınca düşmənə peşkəş edənlərin yolu,
Ruhu Murovu aşıb, yurd yerində pərvaz edən İsgəndər Bozqurd, doğum günün mübarək!
(10-04-2021, 17:42)
(10-04-2021, 17:42)

Bu gün milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant İsgəndər Həmidovun doğum günüdür. Yaşasaydı 73 yaşını qeyd edəcəkdi. Çətinliklərə baxmayaraq əqidəsindən, amalından dönməyən, ölənə qədər Vətən, azadlıq deyən istiqlal aşiqi İ.Həmidovun siyasi fəaliyyəti, keçdiyi yol çoxlarında qısqanclıq yaratdı. Düzlüyü, mərdliyi, dönməzliyi ona çoxlu düşmən qazandırsa da, düşünürəm ki, O sevənlərinin, əqidədaşlarının unutmayacağı şəxsiyyət olaraq
Ruhun şad olsun, igid leytenant, Kəlbəcərin azaddı! - Mahir Quliyevin anım gününə
(10-04-2021, 15:52)
(10-04-2021, 15:52)

Kəlbəcər sazın-sözün oylağıdır, bu danılmaz faktdır. Ancaq təkcə sözlə, sazla tarix yazmadı kəlbəcərlilər... 30 il torpaq uğrunda aparılan mübarizə, azadlıq, müstəqillik naminə edilən mücadilələr göstərdi ki, hər yurdda minlərlə igidliyi boyuna biçilmiş oğullar düşmənə sipər olmağa qadirdi. İstər birinci, istərsə də ikinci Qarabağ savaşında yüzlərlə şəhid vermiş Kəlbəcərin qəhrəmanlıq dastanı yazan oğulları Vətən üçün canlarından keçməyi yaşamaqdan üstün bildilər. Üst-üstə faciələr, soyqırımlar

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin bir sıra əməkdaşına Azərbaycan Respublikasının fəxri adları verilib. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan ATU-nun Cərrahi xəstəliklər kafedrasının dosenti Malik Əvəz oğlu Şükürov fəxri ad

Kəlbəcər rayonunda həmişə təhsilə böyük diqqət və qayğı olmuşdur. Bu səbəbdən də respublikamızda Kəlbəcər rayonunda təhsil almış ziyalılarımizin xüsusi çəkisi vardır. Təhsilə qayğı ənənələri iyirmi səkkiz illik məcburi köçkünlük dövründə də davam etdirilmişdir. Respublikamızın, demək olar ki, bütün rayonlarında fəaliyyət göstərən məcburi köçkün məktəblərə Kəlbəcər rayon təhsil şöbəsi vahid mərkəzdən rəhbərlik edərək məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün vaxtlı-vaxtında lazımi

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Dalidag.az xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının və vətənimizin müdafiəsi uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı Kəlbəcər rayonunun Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. Bildirib ki, 1992-ci ilin
Yazı axını
12 / 09 / 2025
11 / 09 / 2025
11 / 09 / 2025
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
Ən çox oxunanlar