Reklam
Kəlbəcər rayon İcra Hakimiyyəti "5 oktyabr- Beynəlxalq Müəllimlər Günü"nü qeyd edib - Fotolar
05-10-2026 19:30
Kəlbəcər rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Kəlbəcər rayon sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, “Milli Qəhrəman” Hökumə Əliyevanın atası- Cəlil Alıyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Kəlbəcər Təhsil sektorunun əməkdaşları, eləcə də rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına verdiyi töhfələr, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təhsilin inkişafı, məktəb infrastrukturunun yenilənməsi və müasir təhsil imkanlarının yaradılması istiqamətində həyata keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müəllimlər Günü münasibəti ilə bütün müəllimləri təbrik edərək, onlara can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Cənab Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfərləri çərçivəsində təhsil infrastrukturunun qurulması ilə bağlı əsas məktəb layihəsi diqqət mərkəzində olub. O bildirib ki, Kəlbəcər rayonunda təhsil sahəsinə göstərilən diqqət işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində xüsusi olaraq özünü göstərir. 27 may 2023-cü ildə Prezident İlham Əliyev Kəlbəcər şəhərində 960 şagird yerlik yeni məktəb binasının təməlini qoyub. Məktəbdə 41 sinif, fizika, kimya, biologiya və informatika kabinetləri, səkkiz laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər imkanların yaradılması nəzərdə tutulub.Qeyd olunub ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”. Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, dövlət proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
“Milli Qəhrəman” Hökumə Əliyevanın atası- Cəlil Alıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, Kəlbəcər rayon Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Ərəstun Kamalov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Tədbir çərçivəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan bir sıra təhsil işçiləri diplom və fəxri fərmanlarla təltif olunublar. Təltif mərasimində təhsil işçilərinin əməyinin yüksək qiymətləndirildiyi vurğulanıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissəyə keçid edilib. Bədii hissədə məktəblilərin, xanəndə və müğənnilərin ifasında milli-mənəvi dəyərlərimizi, Vətənə və doğma torpağa bağlılığı əks etdirən musiqi nömrələri təqdim olunmuşdur.
Dalidag.az
























Kateqoriya: Kəlbəcər
Tarix: 05-10-2026 19:30
Baxış sayı: 376Yazı axını
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
Ən çox oxunanlar





























