Reklam
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? – Açıqlama
02-09-2026 10:24
Kəlbəcərin İstisu ərazisində isti mineral sularda çimməyə icazə verilib-verilməməsi, bunun üçün xüsusi razılıq və ödənişin tələb olunub-olunmaması maraq doğurur.Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.
Məsələyə aydınlıq gətirmək üçün modern.az Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu ünvanlayıb.
Xüsusi nümayəndəlikdən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir.
Vətəndaşlar bu sulardan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-09-2026 10:24
Baxış sayı: 349Yazı axını
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
Ən çox oxunanlar




























