Reklam
Dövlətə sədaqətli xidmətin layiqli qiyməti
24-06-2026 10:16
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.Qürurverici haldır ki, təltif olunanlar sırasında Kəlbəcər rayonunun Hacıkənd kəndindən olan qardaşlar – Paşayev Sənay Oktay oğlu və Paşayev Allahverdi Oktay oğlu da yer alırlar. Bu yüksək dövlət mükafatı onların uzun illər ərzində dövlətə sədaqətlə, vicdanla və məsuliyyətlə göstərdikləri xidmətin layiqli qiymətidir.
Qardaşların həyat yolu əzmkarlığın, zəhmətin və vətənə bağlılığın parlaq nümunəsidir. Kəlbəcərin işğalı onların uşaqlıq və yeniyetməlik illərinə təsadüf etmiş, ailələri ilə birlikdə məcburi köçkün həyatı yaşamışlar. Naftalan şəhərində ağır sosial şəraitdə məskunlaşmalarına baxmayaraq, qarşılaşdıqları çətinliklər onları hədəflərindən döndərə bilməmişdir. Əksinə, zəhmət və əzmkarlıq sayəsində təhsildə yüksək nailiyyətlər qazanaraq ali məktəblərə qəbul olunmuş, gələcək uğurlarının möhkəm təməlini formalaşdırmışlar.
Sənay Paşayev təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə vaxtilə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Sonrakı fəaliyyətlərində isə hər iki qardaş dövlət qulluğunda peşəkarlıq, məsuliyyət və vətənpərvərlik nümayiş etdirərək ölkəmizin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə öz layiqli töhfələrini vermişlər.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi uğurla davam edir. Paşayev qardaşlarının əldə etdikləri bu yüksək uğur dövlətimizin savadlı, intellektual və vətəninə bağlı gənclərə göstərdiyi etimadın, onların dövlət qulluğunda irəli çəkilməsi siyasətinin uğurlu nəticələrindən biridir.
Bu əlamətdar hadisə münasibətilə Sənay Paşayevi və Allahverdi Paşayevi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, dövlət qulluğundakı şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər və Azərbaycanın inkişafı naminə həyata keçirəcəkləri bütün işlərdə davamlı uğurlar arzulayırıq.
Qürur duyuruq ki, belə ziyalı, peşəkar və dövlətinə sədaqətli kadrlar xalqımıza və dövlətimizə xidmət edirlər. Uğurlarınız daim bol və davamlı olsun!
Vüqar Şirinoğlu
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 24-06-2026 10:16
Baxış sayı: 387Yazı axını
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
Ən çox oxunanlar




























