Kəlbəcərdə vətəndaşlarla görüş keçirilib, şəhid ailəsi ziyarət olunub -FOTOLAR

23-06-2026 23:15

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov sakinlərlə görüşüblər.

Dalidag.az xəbər verir ki, görüş zamanı sakinlərin gündəlik həyatı ilə bağlı məsələlər müzakirə olunub, onları maraqlandıran suallar dinlənilib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib və görülən işlər sakinlərin diqqətinə çatdırılıb.

Daha sonra görüş çərçivəsində Vətən müharibəsi qəhrəmanı, şəhid Anar Əliyevin ailəsi ziyarət edilib. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və istəkləri ilə maraqlanılıb.



Dəlidağ.az





Kateqoriya: Kəlbəcər
Tarix: 23-06-2026 23:15
Baxış sayı: 466
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17 / 06 / 2026