Reklam
"Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb" - QOHUMLARI
24-02-2020 13:50

Bu gün şəhid olan İbrahim Vəliyev kəlbəcərli vəkil Əziz Qənbərlinin qohumudur.
Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a danışan Əziz Qənbərli şəhidin ailəsi haqqında məlumat verib. O qeyd edib ki, əsgərimizin nəşini Qazaxdan çıxarmaq hələlik mümkün olmayıb:
“Hazırda döyüş bölgəsində yenə atışma səngimək bilmir. Şəhidimizin nəşi də döyüş bölgəsindədir. Ona görə, ailəsinə təhvil verilməyib. Yəqin ki, yaxın vaxtda dəfn haqqında məlumat veriləcək.
Əsgərin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündürlər. Hazırda Zərdabda yaşayırlar. İbrahimin özündən kiçik bir qardaşı və bacısı var”.
Vəkil onu da bildirib ki, şəhidin atası ağır xəstədir: “Atası müalicə üçün İrana getməli idi. Oğlunun şəhid xəbərini çatdırdılar, yoldan qayıtdı. Ailə təsərrüfatla məşğuldur, maddi durumları o qədər də ürəkaçan deyil.
Üzücü xəbər olsa da, vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər bizim qürurumuzdur”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindən (DSX) məlumatına görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.
Dalidag.az

Kateqoriya: Karusel / Sosium
Tarix: 24-02-2020 13:50
Baxış sayı: 4564Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























