Reklam
"Vicdanını satanın, südə suyu qatanın əli çıxdı qutudan" - Əjdər Əslisaf
15-02-2020 11:59

"Millətin qanın içən,
yaşı yetmişi keçən,
əl-ayağı titrəyən,
zəli çıxdı qutudan."
Dostlar, neçə vaxt idi stress içindəydim, məqalələr yazsam da, əlim qələm tutmadığını hiss edirdim. Nəhayət ki, bu gün qələm özü barmaqlarımı istədi. Seçki "möcüzələrini" öz sözlərimlə, gördüyüm kimi sizə təqdim edirəm. Buyurun:
Seçki möcüzələri
Xeyli pullar xərclədik,
seçkilər təşkil etdik.
Doqquzu fevral günü,
"Demokratik" yol ilə,
durub seçkiyə getdik,
sevincək əhval ilə.
Seçici az olsa da,
qutular səslə doldu.
İkicə "səs" bəs oldu,
səslərimiz pəs oldu.
Əli girdi qutuya,
Vəli çıxdı qutudan.
Direktor sədr oldu,
Səs sayan haqqı danan,
səs yığan bəbir oldu.
Millətin qanın içən,
yaşı yetmişi keçən,
əl-ayağı titrəyən,
Zəli çıxdı qutudan.
Diqqət edən "müəllim",
kəsi vecə almadı,
qışqırıb, haray salan,
səsi vecə almadı.
Səsimiz səssiz oldu,
səsimiz səs olmadı,
Ağıllı orda qaldı,
dəli çıxdı qutudan.
Səhər tezdən səs verdim,
axşam bəhrəsin dərdim.
Qutuya əl uzatdım,
boğulan səsimizin,
vicdanını satanın,
südə suyu qatanın
əli çıxdı qutudan.
Səsimiz səssiz qaldı.
Yaltağın, məddahların
dili çıxdı qutudan.
Möcüzədir, möcüzə,
Qutuya Əli girdi,
Vəli çıxdı qutudan.
15.02. 2020
P.S. Bu saxtakarlıqda müəllimlərimizi günahlandırırlar. Mən bununla razılaşa bilmirəm. Düzdü, müəllimlər bu işdə iştirak edənlər içərisində çoxluq təşkil etsə də, onlar günahkar deyillər, milləti bir qarın çörəklə imtahan edənlərdədir günah. İcra başçıları, təhsil nazirliyinin rəhbər işçiləri bu işlərə cəlb edilib və direktorları məcburən bu saxtakarlıqlara vadar edirlər. Sistem dəyişilməli, seçki məntəqələri məktəblərdən, təhsil ocaqlarından uzaqlaşdırılmalıdır.
Xahiş edirəm müəllimlərimizi söyməyin, həyatda əldə etdiklərimizin böyük qismi onların əməyi sayəsindədir.
Əjdər Əslisaf
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 15-02-2020 11:59
Baxış sayı: 31 157Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















