Reklam

"Əziz müəllimlər, seçkilərdə saxtakarlığa son qoyun!" -müəllim həmkarlarına səsləndi
08-02-2020 07:33

Müəllim adı həmişə böyük hərflərlə yazılıb yaddaşımda. Bu gün də istər orta məktəbdə, istərsə də Universitetdə adını hörmətlə çəkdiyim müəllimlər var. Böyüklərimizdən də ilk eşitdiyimiz kəlmə bu olub ki, müəllim olan yerdə ayağa qalx. Bəlkə də müəllimə olan hörmətimin nəticəsidir ki, tale məni bu peşəyə sahib elədi... "Bir milləti məhv etmək istəyirsənsə, müəllimi ilə həkimini savadsız eylə" fikri də isbatını çoxdan tapıb...Əl qərəz, sözümün mustafası odur ki, əziz müəllimlər, sizləri seçkilərdə saxtaxarlığa son qoymağa çağırıram...
Sözün açığı deyim ki, onsuz da bu saxtakarlığa adətkar olanlara müraciət etmək isəmirdim. Ona görə ki, "Dəyirman və çax-çax məsələsi". Onun nəticəsi idi ki, uzun müddət olduğum müxalifət düşərgəsindən də uzaqlaşdım. Çünki yoruldum və incidim. Bir az millətimizdən, o cümlədən müəllimlərimizdən, bir az da özüm-özümdən. Həm də sağlıq durumum mübarizəni davam etdirməyə imkan vermədi... Müxalifətdən uzaqlaşsam da haqsızlığa qarşı yenə də susa bilmirəm.
Əziz müəllimlər, bu şərəfli adı qoruya bilmirsinizsə, gedin qoyun otarın, daş daşıyın, odun yarın, küçə süpürün və ailənizə çörək pulu qazanın. Yetər ki, müəllim şərəfinə xələl gətirməyin. Buna sənin haqqın çatmır. Müəllim adı sənin şəxsi mülkiyyətin deyil ki, onu satasan. Bu ad bir gündə, bir saatda yaranmayıb ki, bir seçki günündə onu bazara çıxarasan...Hər seçkidə saxtakarlığının mükafatı uzaq başı 150-200 manat civarında paketdən ibarət olur. Həmin pula bazarlıq eləyib evə gedəndə övladların deyir ki, atam, ya anam işdən gəlib. Zavallı uşaq həmin gün soruşmur ki, hansı işdən gəlirsən? O bilmir ki, sən könüllü olaraq səsini satırsan. Yəni könüllü olaraq qul olmağı qəbul edirsən. Səni 150-200 manatla satın alan quldar bir neçə ildən sonra da övladını kölə edəcək. Övladının da gələcəkdə köləyə çevrilməsinin baiskarı sən olursan. Müəllimi köləliyi könüllü qəbul eləyən millət məhvə məhkumdur. Yetər ki, içinizdəki qorxuya və nəfsə qalib gəlin əziz müəllimlər. Heç olmasa övladlarınızın xatirinə!
Ramiz Nəcəfli
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar