Reklam
“Əsgərə salam” aksiyası davam edir
21-01-2020 15:21
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyası davam edir. Dalidag.az bildirir ki, 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.
Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər.
Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir. Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq!
Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 21-01-2020 15:21
Baxış sayı: 3564Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















