Kəlbəcərli şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub - ŞƏKİLLƏR

17-12-2023 22:45
Bu gün Mingəçevir şəhərində Lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalmış əslən Kəlbəcərdən olan şəhid Cahangir Qurban oğlu Tağızadənin  xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin və şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin açılışı olub.
 
  Dalidag.az xəbər verir ki, açılış tədbirində Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Kəlbəcər RİH-nin məsul əməkdaşı Nəsimi Muxtarov, Şərqi Zəngəzur Gənclər və İdman idarəsinin Kəlbəcər rayon üzrə sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Mingəçevir RİH-nin məsul əməkdaşları, şəhid ailələri, şəhidlərin ailə üzvləri, yaxınları, doğmaları, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və Ağdam rayon tam orta məktəbin kollektivi iştirak ediblər.
İlk öncə  şəhidlər xiyabanında Tağızadə Cahangir Qurban oğlunun məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunulub.
Daha sonra Şəhid Tağızadə Cahangir Qurban oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin və şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin açılışı olub.
   Tədbirdə ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şəhid Cahangir Tağızadənin ailə üzvləri ilə görüşülüb, Milli Məclisin deputatı Aqil Məmmədovun və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin adından dərin hüznlə baş sağlığı verilib.
   Tədbirdə çıxış edən Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə və digər natiqlər Şəhid Cahangir Tağızadənin şərəfli döyüş yolundan, eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən, 19 sentyabr tarixində başlamış Lokal xarakterli antiterror tədbirlərindən söz açıblar. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç bir zaman unudulmayacaq, Azərbaycan dövləti var olduqca bu cür qəhrəman oğullarımız hər bimizin qəlbində əbədi yaşayacaqlar. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, Şəhid Tağızadə Cahangir Qurban oğlunun ailəsi də bu qayğıdan kənarda qalmamışdır. 
Şəhid ailələləri bulaq kompleksinin və şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə şəhid ailələri adından təşəkkürlərini bildiriblər.
Sonda məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər, musiqilər səsləndirilib.

Dalidag.az


















Kateqoriya: Karusel
Tarix: 17-12-2023 22:45
Baxış sayı: 2524
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını