Reklam
Eldar Həsənovun da əfvi gözlənilən idi - ANCAQ...
08-05-2023 18:48
Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb.
Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamının "müstəqil Azərbaycan tarixində ən böyük əfv aktı" olduğu bildirilir.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir.
Sözsüz ki, bu humanist bir addım, çox sayda ailənin böyük sevincinə səbəb olan mühüm hadisədir. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır. Ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür. Eyni zamanda, bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir dəyərdir.
İndi məhbus ömrü yaşayan Eldar Həsənov həmişə dövlətə və dövlətçiliyə, mərhum Prezident Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə sədaqətini, ləyaqətlə xidmət etdiyini sübut edib. Eldar Həsənov bu gün də eyni düşüncədə və eyni əqidədə olduğunu dəfələrlə vurğulayıb.
Bir çoxumuuz, xüsusilə Kəlbəcər ziyalıları sözügedən əfv sərəncamının Eldar Həsənova da şamil ediləcəyini gözləyirdi. Təəssüflə qeyd edək ki, bu baş vermədi. Ancaq tez bir zamanda, cənab Prezidentin növbəti əfv sərəncamı ilə peşəkar hüquqşünas, bacarıqlı diplomat Eldar Həsənov da azadlığa çıxacağına inanırıq. Azadlıq, azad həyat hər kəsin haqqıdır. O cümlədən də hüquq - mühafizə sistemindəki çətin, burulğanlı dövrdə müstəqil Azərbaycanın dövlətçiliyinin qorunmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən, əlindən gələni əsirgəməyən Eldar Həsənovun. Onu da qeyd edək ki, 68 yaşlı E.Həsənov bir neçə ağır xəstəlikdən əziyyət çəkir, səhhətində ciddi problemlər var.
Vurğulayaq ki, 21.01 2022-ci ildə Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 08-05-2023 18:48
Baxış sayı: 2604
Yazı axını
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
Ən çox oxunanlar