Rus kommunist Rəsulzadəni faşist adlandırdı, azərbaycanlı isə... – Təfərrüat

25-12-2019 19:58
Yunanıstan Kommunist Partiyasının təşəbbüsü ilə Brusseldə, Avropa Parlamentinin binasında “ Avropa kommunist və fəhlə partiyaları kapitalizmin vəhşiliyinə, antikommunizmə, tarixin saxtalaşdırılmasına qarşıdırlar” mövzusunda kommunistlərin ənənəvi beynəlxalq Avropa Görüşü keçirilib. Tədbirdə 32 ölkədən 38 kommunist və fəhlə partiyalarının nümayəndələri iştirak edib.

Dalidag.az
xəbər verir ki, bu sözləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirdə sağ-mərkəzçi, opportunist təşkilat olan Rusiya Kommunist Partiyasını təmsil edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Denis Parfenov öz çıxışında Ermənistanda Ter-Arutyunyan (Njde) və Azərbaycanda Məmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını tarixin saxtlaşdırılması kimi qiymətləndirib və hər ikisini faşizmin cinayətkarı adlandırıb.
Ə. Abdinov əlavə edib ki, rusiyalı kommunist deputatın vətənlərində abidəsi qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmməd Əmin Rəsulzadəni faşistlərə xidmət etmiş, Üçüncü Reyxin əməkdaşı, qatil Ter-Arutyunyan (Njde) ilə beynəlxalq tədbirdə müqayisə etməsi yersizdir, Azərbaycanın tarixi şəxsiyyətinə qarşı qərəzli münasibətdir:


“Bununla əlaqədar Avropa Kommunistlərinin Beynəlxalq Görüşünün İşçi Qrupuna və deputat Denis Parfenovun təmsil olunduğu RFKP-nın sədrİ, Rusiya Dövlət Dumasında kommunist fraksiyasının rəhbəri G.A. Züqanova etiraz məktubu göndərmişəm.
Məmməd Əmin Rəsulzadə 114-cü Dromedar oberqrupun qatı cinayətkar fəalı Ter-Arutyunyan (Njde) kimi agent toplamayıb, onların təxribat hazırlığı və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak etməyib. Məmməd Əmin Rəsulzadə daşnak ordusunun keçmiş generalı Ter-Arutyunyan (Njde) kimi Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etməyib.
Məmməd Əmin Rəsulzadə demokratik, humanist, insanpərvər ictimai xadim olub, Ter-Arutyunyan (Njde) isə insan qanına susamış amansız cinayətkardır.
Hitler Almaniyası ilə əməkdaşlıq edən faşist cəlladı, satqın Ter- Arutyunyana (Njde) Yerevanda heykəl qoyulması nasizmin, faşizmin və ekstrezmin Ermənistanda təzahürüdür.
Məmməd Əmin Rəsulzadənin Hitlerlə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, Hitler millətçi idi və o, insanları müxtəlif irqlərə bölürdü. M.Ə.Rəsulzadə isə bu irqi ayrı-seçkiliyin əlehinə idi. Bundan əlavə M.Ə.Rəsulzadə Hitlerin Qafqaz, Azərbaycanla bağlı fikirləri ilə tanış olandan sonra onun təkliflərini rədd edib. M.Ə.Rəsulzadə Hitlerin yəhudilərə amansız münasibətini açıq-aşkar pisləyirdi. Faşistlər qatil ter-arutyunyanların əli ilə min beş yüz azərbaycanlını güllələyəndən sonra onların yəhudi olmadığını bilmişlər. Bu cür vəhşiliyin qarşısının alınmasını M.Ə.Rəsulzadə Hitlerin Şərq Nazirliyinin Qafqaz şöbəsinin rəhbəri Von Mendedən tələb edib. M.Ə.Rəsulsadənin bu haqlı etirazından sonra azərbaycanlıların yəhudi adı ilə güllələnməsinin qarşısı alınıb.
Məmməd Əmin Rəsulzadəyə doğma vətəni Azərbaycanda abidə qoyulması onun haqqıdır. Ter-Arutyunyan (Njde) kimi insan qatilinə, qanlı əməllər sahibinə Ermənistanda abidə qoyulması qatı cinayətkarla əlbir olmaq deməkdir. Rusiyalı kommunist deputat Denis Parfenov Avropa Parlamentinin tribunasından bu fərqi beynəlxalq ictimaiyyətə çatdırmalı idi”.teleqraf

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 25-12-2019 19:58
Baxış sayı: 2442
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını