Reklam

“Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
18-12-2019 12:30

Komitənin sədri Rövşən Rzayev qonaqlarla görüşüb, onlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib.
Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan dövlətinin qaçqınlıq və köçkünlük probleminin həlli sahəsindəki təcrübəsi bütün dünyada nümunə kimi qəbul edilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl zəruri tədbirlər həyata keçirilsə də, onların ən böyük arzusu doğma torpaqlara qayıtmaqdır.
Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bununla əlaqədar xalqımızın üzləşdiyi ədalətsizlik haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin böyük rol oynadığını diqqətə çatdırıb. Eyni zamanda qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər daha geniş auditoriyaya ünvanlanmalı və daha effektiv olmalıdır. Diaspor nümayəndələrinin məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq kimi sosial problemlərinin həllinə dəstək verməsinin, fəaliyyət göstərdikləri ölkələrdəki müvafiq təşkilatları da bu işə cəlb etməsinin əhəmiyyəti vurğulanıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür bildiriblər, görüşdə müzakirə olunan məsələlərlə bağlı fəaliyyətləri daha artıracaqlarını bildiribər.
Daha sonra qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olublar, burada müvəqqəti məskunlaşmış soydaşlarımızla görüşüblər.
Dalidag.az





Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
