Rəsmi Bakı erməni jurnalistlərin Azərbaycana səfərindən razı qalmayıb – AÇIQLAMA

11-12-2019 14:32

Rəsmi Bakı erməni jurnalistlərin Azərbaycana səfərindən razı qalmayıb – AÇIQLAMA

“Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı təklif bu ilin yanvar ayında Rusiya tərəfindən edilmişdi. Azərbaycan tərəfi də konstruktiv mövqe göstərərək, bu təkliflə razılaşdı”.

Dalidag.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, qarşılıqlı səfərlər dövlətlərarası danışıqlarda hər hansı müsbət nəticə əldə olunduğu zaman faydalı ola bilər:
“Lakin təəssüf ki, dövlətlərarası danışıqlarda heç bir irəliləyiş yoxdur. Belə olan halda, qarşılıqlı səfərlərin effekti ola bilməz”.
Qarşılıqlı səfər zamanı Ermənistan tərəfinin şou göstərdiyini deyən Mərkəz sədri qeyd edib ki, düşmən tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir.
F.Şəfiyev əlavə edib ki, hazırda deputatların qarşılıqlı səfərləri ilə bağlı təklif var.
Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.
Erməni jurnalistlər isə azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.
Azərbaycandan Ermənistana gedən jurnalistlər “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyevdir.
Ermənistandakı “Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakıda olublar. Erməni jurnalistlər Gəncəyə də gediblər… Onların Azərbaycanda ictimai təşkilatların nümayəndələri ilə görüşdüyü, şahmat məktəbini ziyarət etdiyi və həmkarları ilə bir araya gəldiyi bildirilir.modern.az

Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 11-12-2019 14:32
Baxış sayı: 4463
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını