Reklam
Cavid Qurbanov Dünya Bankının nümayəndə heyətini qəbul edib
06-12-2019 15:00
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dalidag.az xəbər verir ki, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə məlumat verib. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında danışılıb.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətlərdə iqtisadi proqramlarının həyata keçirilməsinə maliyyə dəstəyi verir.
Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 06-12-2019 15:00
Baxış sayı: 3775Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























