Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

03-12-2019 15:30

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Dalidag.az xəbər verir ki, tədbirdə İctimai Şuranın rəhbərliyi, üzvləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Şuranın sədri, professor Şahlar Əsgərov təhsilin cəmiyyətə təsirindən və inkişaf yolunda bu amilin mühüm rolundan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayan professor təhsilin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırdı

Sonra İctimai Şuranın məsul katibi İlqar Orucov çıxış edərək, təhsil və təqdim olunacaq sənəd haqqında öz fikirlərini bildirdi.

Çıxışların ardından İctimai Şuranın Fəaliyyət Planı təqdim olunub. Qeyd ounub ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı” şura üzvlərinin iştirakı ilə hazırlanıb və şuranın iclasında geniş müzakirə olunaraq qəbul edilib. Fəaliyyət Planı şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir. Fəaliyyət Planı beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib. Sənəddə, həmçinin, Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb."

Konfransda təhsillə bağlı geniş müzakirələr aparılıb, təkliflər verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura "İctimai Təşkilatçılıq Haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun "Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında" 11 iyul 2019-cu il tarixli əmri ilə yaradılmışdır.

Dalidag.az
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi







Kateqoriya: Karusel / Sosium
Tarix: 03-12-2019 15:30
Baxış sayı: 3555
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını