Reklam
Hürufi şairin azərbaycanca yazdığı divan ABŞ-da tapıldı
26-11-2019 08:22
Dalidag.az xəbər verir ki, indiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanılan divanlarının nüsxələri əldə olunmuşdu. Müəllif tərəfindən nəstəliq xətti ilə köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Buraya Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir. Müəllif divanın əvvəldən natamam dibaçəsində göstərir ki, indiyədək çoxlu şeirlər yazıb, lakin onların çoxu diqqətsizlik ucbatından itib. Şair dostlarının xahişi ilə şeirlərini toplayıb divan tərtibi ənənəsinə uyğun olaraq ərəb əlifbası ardıcıllığı ilə düzüb.
Dibaçədə Osmanlı Sultanı Süleyman Qanunini (1520-1566) mədh edən şeir də yer alıb. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi, Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonrakı dövrdə vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi Osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.
Bu divan XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından dəyərli mənbədir.kult.az
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 26-11-2019 08:22
Baxış sayı: 3597Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























