Reklam
İstedadlar ən çox bu ölkələrdə yaşayır - SİYAHI
22-11-2019 10:19

Danimarka və İsveç istedadların inkişafı üzrə reytinq cədvəlində İsveçrə ilə birlikdə lider mövqe tuturlar.
Bu barədə “Dünya Rəqabətqabiliyyətlilik Mərkəzi” şirkəti (IMD World Competitivness Center) tərəfindən tərtib olunmuş “Dünya istedadlar reytinqi” adlı hesabatda bildirilir.
Öz tədqiqatlarına əsaslanan şirkətin dünya istedadlar reytinqi metodologiyası bu sahədə rəqabətqabiliyyətliliyi üç əsas komponent - sərmayələr və inkişaf, cəlbedicilik və hazırlıq meyarları üzrə qiymətləndirir.
Tədqiqatçıların hesablamalarına görə, İsveçrə “Dünya istedadlar reytinqi” cədvəlində liderdir, onun ardından isə Danimarka və İsveç qərarlaşıblar. Yüksək reytinq əldə edən ölkələr sırasında Avstriya, Lüksemburq, Norveç, İslandiya, Finlandiya, Niderland, Sinqapur, Almaniya, ABŞ, Kanada, Belçika və Honkonq da var. Adıçəkilən ölkələr istedadların cəlb edilməsi və inkişafı üzrə daha əlverişli şərait yaradıblar.
“Dünya Rəqabətqabiliyyətlilik Mərkəzi” şirkətinin saytında qeyd olunur ki, ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi və saxlanılması rəqabət qabiliyyətinin artırılması baxımından həlledici amildir və ölkənin tərəqqisinə gətirib çıxarır. Hazırkı dinamik landşaftda, xüsusən süni intellekt, robot texnikası və başqa yeni texnologiyaların tətbiqi şəraitində hökumətlərin, ayrı-ayrı müəssisələrin, bütövlükdə cəmiyyətin qarşılaşdıqları problemləri məhz bu yolla həll etmək mümkündür.
Qeyd edək ki, reytinq cədvəlində ümumilikdə 96 ölkənin istedadların inkişafı üzrə səyləri qiymətləndirilib. (azərtac)
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 22-11-2019 10:19
Baxış sayı: 5726Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























