Reklam
Kəlbəcərli müəllim: "Müharibənin izləri silinəcək, biz öz torpaqlarımıza, öz kökümüzə qayıdacağıq..."
13-03-2021 17:43
Milli və ya siyasi bir ideologiyanın olması istənilən cəmiyyətin məqsədli şəkildə birləşməsinə kömək edib həmişə.
Keçən ilə qədər istər iqtidarda olan siyasi qüvvələrin, istərsə də müxalifətin apardığı təbliğat zaman-zaman xalqda müəyyən qədər oyanış yaratmağa nail olsa da ümumxalq birliyini yarada bilməmişdi.
Qarabağın azadlığı uğrunda mübarizə başlayan ərəfədə səsləndirilən "Qarabağ Azərbaycandır!" , "Biz birlikdə güclüyük!" şüarları bizi həm gözlə görünən düşmənlə, həm də pandemiya ilə mübarizədə birləşdirə bildi.
Son 30 il ərzində həm xalqımızın öz arasında, həmdə xalqımızın dövlətimizlə həmrəyliyinin şahidi olduq. 44 günlük vətən savaşında hər bir şəxs öz gücü, bacarığı və ruhu ilə döyüşdü. Həm hərbi , həm siyasi , həm iqtisadi, həm də informasiya cəbhəsində mübarizə apardıq və nəticədə düşmən bütün istiqamətlərdə darmadağın oldu. Düşmənin ordusu sıradan çıxarıldı, iqtisadiyyatı çökdü, yalan üzərində qurulmuş informasiya şəbəkəsi ifşa olundu, siyasi böhran yarandı. Bütün bunlar bir millət olaraq bizim həmrəyliyimizin, millətin öz dövlətinə sahib çıxmasının, iqtidar-xalq birliyinin nəticəsində qazanıldı.
Həmin dövrdə dilimizin "haralısan?" qabarı itdi, Azərbaycanda olan bütün milli azlıqlar eyni ananın övladları kimi çiyin-çiyinə döyüşdü, şəhadətə yüksələn oğullar hər birimizin oğlu, qardaşı oldu. Yaralanan qazilərimizə bərabər o ağrını bizlər də yaşadıq. İllərdən bəri Azərbaycanın bağrında qara yaraya çevrilmiş bu problem Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının və Azərbaycanın igid oğullarının əli ilə kəsilib atıldı, millətin ruhu təzələndi, qürurumuz özümüzə qaytarıldı.
Bir Kəlbəcərli müəllim olaraq bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Şəhid ruhlarının, şəhid analarının, şəhid övladlarının qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm.
Ümidvaram ki, Cənab Prezidentimizin köməyi ilə yaxın illər ərzində Qarabağ və ona bitişik ərazilərdə müharibənin bütün izləri silinəcək, gözəl evlər, məktəblər, uşaq bağçaları tikiləcək və biz öz torpaqlarımıza, öz kökümüzə qayıdacağıq.
Elçin Şirinov
Dalidag.az
Kateqoriya: Karusel / Yazarlar
Tarix: 13-03-2021 17:43
Baxış sayı: 31 532
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar