Reklam
Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! - Video
29-05-2020 10:58
Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.
İrəvanın mərkəzi rayonlarından birinin icra hakimiyyətində arxitektor işləyən Aqnessa bildirib ki, tarixən bu şəhərdə ermənilər yaşamayıb, onlar sadəcə ticarət üçün bura gəliblər. Erməni arxitektor buna sübut kimi tarixi binaları göstərib.
O vurğulayıb ki, hətta Sovet Ermənistanı yarananda da bu şəhərdə çox az sayda erməni yaşayıb. Aqnessanın sözlərinə görə, Ermənistan SSR qurulduqdan sonra İrəvana Peterburqda oxuyan arxitektorlar göndərib. Onlardan biri - Aleksandr Tamanyan İrəvan şəhərinin müasir arxitekturasını qurub.
Qeyd edək ki, 1913-cü il siyahıyaalınmasına görə, həmin vaxt İrəvan əhalisinin 87 faizini azərbaycanlılar təşkil edirdi.
Azərbaycan şəhəri olan İrəvan və ümumilikdə İrəvan xanlığının ərazisi 1918-ci ildə AXC parlamenti tərəfindən ermənilərə dövlət qurmaq üçün verilib.
Bunun əvəzində ermənilər Zəngəzur mahalı və Dağlıq Qarabağa iddialarından geri çəkildiklərini rəsmi şəkildə elan etmişdilər. Amma Zəngəzur cəmi 2 ildən sonra - sovet hakimiyyəti vaxtı Azərbaycandan qoparılaraq, Ermənistana birləşdirildi.kult.az
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 29-05-2020 10:58
Baxış sayı: 4742Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























