Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 000 nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 000-ə yaxın, ümumilikdə 13 000-ə yaxın insanın köçürülməsi planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçsı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir,

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.

Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Dalidag.az xəbər verir, bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.İclasda Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Büynad Qasımov, 2 saylı Bərpa,

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Yazı axını