Reklam
"Çətindir yaşayıb ömürdən küsmək..." - Fərid Muradzadə
11-09-2026 14:50
Fərid MuradzadəMƏLƏK
Hardasan axı, hardasan
Qorxulan, hürkülən mələk?
Ey ağ atda, ağ libasda,
Hamıya görünən mələk!
Can alansan deyə-deyə,
Hamı düşür vahiməyə,
Yeddidən yetmiş yeddiyə,
İnsanlar çəkinən mələk!
Bir anlıq vəhmdən sonra,
Əzabdan, zülümdən sonra,
Sanıram, ölümdən sonra,
Hamıya sevilən mələk!
* * *
Bəlkə də yalandır olub-keçənlər,
Bir şirin yuxudur, dünən görmüsən.
İsladıb illəri göz yaşı ilə,
Ömrün divarına necə hörmüsən?
Saqif Qaratorpaq
Bəlkə də yalanmış bu yaşananlar,
Bəlkə də bir anlıq ilğım görmüsən.
Bəlkə də hisslərin aldadıb səni,
İkimiz adına divar hörmusən!
Baxıram üzünün qırışlarına,
Gözüm tab gətirmir baxışlarına
Dərdlərin verdiyi göz yaşlarına
Sən necə səbr edib, necə dözmüsən?
Bilirəm, asandır təsəlli vermək,
Bilirəm, çətindir bu yükü çəkmək,
Çətindir yaşayıb ömürdən küsmək,
Yaşaya-yaşaya nələr çəkmisən.
Düşmüsən çöllərə divanə kimi,
Yanırsan atəşdə pərvanə kimi,
Bəlkə qalacaqsan əfsanə kimi
Sən diri olsan da ruhən ölmüsən!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-09-2026 14:50
Baxış sayı: 3278Yazı axını
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
Ən çox oxunanlar
19-10-2026 14:04





























