Laçında çətənə bitkiləri məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkarlanıb. Yabanı halda bitən, ümumi çəkisi 2 ton 320 kiloqram olan 5 158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma

Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq. Dalidag.az bildirir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib. O, brifinqdə konkret tarixlər deməsə də, tikintinin kifayət qədər aktiv olduğunu qeyd edib. O, Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı açıqlama verməyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) eks-prezidenti Ramiz Mehdiyevin adı qurumu saytında sabiq prezidentlər siyahısında yer almayıb. Dalidag.az xəbər verir ki, qurumun science.gov.az saytında “AMEA haqqında” bölümündə 10 keçmiş prezidentin adı yer alıb, lakin R. Mehdiyevin adı qeyd olunmayıb. Xatırladaq ki, R. Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.

Səhər tezdən Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə (Eçmiədzin) yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşmüş hərbçilərinin valideynləri İrəvana gəlib və Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar Nikol Paşinyanla görüş tələb edirlər. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Üç ilə yaxındır ki, oğlanlarımızla bağlı heç bir xəbər eşitmirik, MTN normal işləmir, bütün strukturlar uşaqlarımızı unudub. Paşinyan, de görüm, uşaqlarımız

Bakıya yağan güclü yağış nəticəsində Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən obyektlərin su altında qalması ticarət mərkəzi ilə bağlı problemləri bir daha gündəmə gətirdi. Müzakirələr zamanı Sədərək Ticarət Mərkəzində kanalizasiya, yanğından mühafizə sisteminin bərbad vəziyyətdə olması, avtomobillərin parklama yerlərinin normalara cavab verməməsi, obyektlərin necə gəldi, pərakəndə şəkildə standarta uyğun olmadan tikilməsi kimi məsələlər önə çəkilib. Sahibkarların sosial şəbəkələrdə

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa

Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb. Dalidag.az xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir. 1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

“Əgər Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, onda Rusiyadan nə istəyir?”. Dalidag.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü Tiqran Abramyan deyib. O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi sözügedən bəyanatın danışıqlar prosesinin məntiqini kökündən dəyişdiyini qeyd edib. “Rusiya XİN bildirir ki, hazırki vəziyyyətə görə məsuliyyəti üçüncü ölkələrin üzərinə yükləmək olmaz. Yəni Rusiya tərəfi deyir ki, əgər Ermənistan hakimiyyəti Qarabağı təslim
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024