Qrupumuzda Sevinc adlı kəlbəcərli qız oxuyurdu. Uzun, sarışın gür saçlarına, üzünün şüşə kimi hamar, ləkəsiz ağ dərisinə, yanaqlarının təbiətən çəhrayılığna qibtə etməmək olmurdu. Gözlərindəki dağ adamına məxsus sadəlövhlüyü ilə, çöhrəsindəki səmimiyyətilə digərlərindən çox seçilirdi. Kəlbəcərdən danışanda bütün vücudu sevinirdi, xüsusən də ora gedən yolun çox uzaq, 10 saatdan artıq olduğunu, dağların başında yaşadıqlarını fəxrlə vurğulayırdı. Yolun 10 saatdan artıq olduğunu deyəndə isə lap

...Kəlbəcər gözləntili bu günlərdə rayonun işğal edildiyi günü xatırladım. 1993-cü ilin apreli. Həmin vaxt AZƏRTAC-ın baş direktorunun birinci müavini idim. Xəbərlər dolaşırdı ki, Kəlbəcər tərəflərdə vəziyyət o qədər də yaxşı deyil. Müxbirimiz Natiq Abdullayevi rayona göndərdim. Natiq oraya çatdı və mənə zəng edib gözü ilə gördüyü səhnəni danışdı. Səhnə isə bu idi - Kəlbəcər helikopterlə boşaldılır, sakinlər çıxarılır. Dediyim kimi, bununla bağlı söz-söhbətlər yayılırdı və ilk baxışdan Natiqin

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib. Dalidag.az -ın məlumatına görə, görüşdə iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Azərbaycan xalıqının ümumilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstləri düzüb və daha sonra şəhidlər

Kəlbəcər işğaldan azad olunsa da, bu fikirləri rayonun ən strateji nöqtələrinə şamil etmək hələ ki mümkün deyil. Rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı rusların xəritəsində keşmiş Ağdərə rayonunun ərazisinə düşdüyündən bu gün ordumuzun aldığı ərazilərdən kənarda qalır. Azərbaycanın 7-8 rayonunu su ilə təchiz edən su anbarının iqtisadiyyatımıza necə qazandıracağımız isə bilinmir. Məsələ burasındadır ki, bol sulu bulaqlara sahib Dağlıq Qarabağda yağmur miqdarı buxarlanma

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, - məlumatda bildirilib. Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan
Yazı axını